Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avro Bölgəsində illik inflyasiya sıfırdan aşağı düşüb

Avro Bölgəsində illik inflyasiya, yeni növ koronavirus (Kovid-19) tədbirlərinin yumşaldılmağa davam etdiyi avqust ayında mənfi 0,2%-ə enib.
AzVak-mobil_resmin_ustu_31
Avro Bölgəsində illik inflyasiya sıfırdan aşağı düşüb

Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin avqust ayı inflyasiya rəqəmlərini açıqlayıb.

Marja xəbər verir ki, Avro Bölgəsində iyulda 0,4% olan illik inflyasiya, avqustda mənfi 0,2%-ə (deflyasiya) düşüb. AB-də isə iyulda 0,9% olan illik inflyasiya avqustda 0,4% olaraq ölçülüb.

Beləliklə, Avro Bölgəsində avqust ayında illik inflyasiya sıfırdan aşağı düşüb.

AB üzvü ölkələr arasında avqustda ən yüksək inflyasiya 4% ilə Macarıstanda,  3,7% ilə Polşada və 3,5% ilə Çexiyada reallaşıb.

Avqustda ən aşağı inflyasiya isə mənfi 2,9% ilə Cənubi Kiprdə, mənfi 2,3% ilə Yunanıstanda və mənfi 1,3% ilə Estonyada qeydə alınıb.

İnflyasiya nisbəti, avqustda Fransada 0,2%, Almaniyada  mənfi 0,1%, İtaliyada  mənfi 0,5% və İspaniyada  mənfi 0,6% olub.

Avro Bölgəsində pul siyasətini aparan Avropa Mərkəzi Bankı (ECB), bölgədə qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir, lakin hədəfinə çata bilmir.

inflyasiya deflyasiya
17.09.2020 15:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19