Volkswagen xərclərin azaldılması üzrə tarixi planı ilə bağlı qarşıdurmalara hazırlaşır - 100 MİNLİK İXTİSAR
Çətin vəziyyətə düşmüş avtomobil nəhəngi Volkswagen (VW ) Almaniyada 4 zavodun bağlanmasını və 100 minədək iş yerinin ixtisarını nəzərdən keçirməsi barədə məlumatlardan sonra qarşıdurmalara hazırlaşır.
Marja xəbər verir ki, Şirkətin təxminən 90 illik tarixində ən radikal yenidənqurma addımı ola biləcək kütləvi ixtisar planı Almaniya qanunvericiləri və güclü həmkarlar ittifaqları tərəfindən kəskin etirazla qarşılanır.
Bu qarşıdurma Almaniya sənayesində ilin ən çox gözlənilən korporativ hadisələrindən birinə zəmin yaradıb. İyulun 9-da Volkswagen rəhbərliyi şirkətin müşahidə şurasından razılıq almağa çalışacaq.
Şirkətin restrukturizasiya planları barədə ilk məlumatı cümə günü “Manager Magazin” yayıb. Nəşrin məlumatına görə, xərclərin azaldılması tədbirlərinin həyata keçirilməsi üçün müşahidə şurasının təsdiqi tələb olunacaq.
Avtomobil sektoru üzrə analitiklər bildirirlər ki, Volkswagen-in olduqca mürəkkəb idarəetmə strukturu şirkət rəhbərliyinin qarşıda çətin proseslə üzləşəcəyini göstərir.
Volkswagen-in sözçüsü iyulun 9-da keçiriləcək iclasdan əvvəl şərh verməkdən imtina edib. Şirkət daha əvvəl də iddia edilən işçi ixtisarları və zavodların bağlanması ilə bağlı açıqlama verməmiş, qərarların müvafiq idarəetmə orqanları tərəfindən qəbul və təsdiq ediləcəyini bildirmişdi.
“Bütün Qrup — o cümlədən onun brendləri və törəmə şirkətləri — dərin dəyişikliklərdən keçməlidir”, — Volkswagen-in sözçüsü bildirib.
Avropanın ən böyük avtomobil istehsalçısı artıq genişmiqyaslı işçi ixtisarları həyata keçirmək və böyük məhsul hücumuna başlamaq planlarını açıqlamışdı. Şirkət bununla ABŞ-ın idxal rüsumlarından tutmuş Çin avtomobil brendləri ilə kəskinləşən rəqabətə qədər müxtəlif təzyiqlərə qarşı dayanmağa çalışır.
Lakin son yayılan məlumatlara görə, ixtisarların miqyası əvvəl elan edilmiş 50 min iş yerindən iki dəfə çox ola bilər. Hazırkı planlara Almaniyada dörd zavodun — Hannover, Tsvikkau, Emden və Nekkarzulmdakı Audi müəssisəsinin bağlanmasının daxil olduğu iddia edilir.

Volkswagen Qanunu
"Kepler Cheuvreux"un avtomobil sektoru üzrə araşdırmalar rəhbəri Tomas Besson bildirib ki, Volkswagen rəhbərliyi iyulun 9-da keçiriləcək müşahidə şurası iclasında bu tədbirlərə alternativ olmadığını sübut etməli olacaq.
“Bunun həyata keçirilməsi çox mürəkkəb addım olacaq”, — Besson deyib. Onun sözlərinə görə, Volkswagen-in baş qərargahının yerləşdiyi və şirkətin bir neçə müəssisəsinin fəaliyyət göstərdiyi Aşağı Saksoniya federal əyalətinin (Bundesland) şirkətdə əsas səhmdarlardan biri olması prosesi daha da çətinləşdirir.
Volkswagen-də 20%-lik səsvermə payına malik olan bu federal əyalətin şirkətdə ciddi təsir imkanlarına sahibdir. Bu təsir qismən “Volkswagen Qanunu” adlandırılan mexanizmlə bağlıdır. Onilliklər əvvəl qəbul edilən bu qanun şirkəti səhmdar cəmiyyətə çevirib və faktiki olaraq rəhbərliyin zavodları bağlamaq imkanlarını məhdudlaşdırır.
“Onların uyğunlaşmaqdan başqa seçimi yoxdur. Sadəcə, bu, maraqlı tərəflərlə çox mürəkkəb proses olacaq. Buna görə də hazırda VW rəhbərliyinin işi olduqca çətindir”, — Besson CNBC-nin “Europe Early Edition” proqramına açıqlamasında bildirib.
Volkswagen-in Həmkarlar Şurası və Almaniyanın sənaye həmkarlar ittifaqı "IG Metall" iddia edilən işçi ixtisarları və zavod bağlanmalarına qarşı çıxacaqlarını bəyan ediblər. Birgə açıqlamada onlar bildiriblər: “Əgər belə planlar irəli aparılarsa, biz bütün gücümüzlə bunun qarşısını alacağıq”.
Volkswagen-in ixtisarları və zavod bağlanmalarını nəzərdən keçirməsi Kansler Fridrix Mertsin koalisiya hökuməti tərəfindən də sərt etirazla qarşılanıb. Hökumət hazırda tarixən aşağı ictimai dəstək göstəriciləri ilə üzləşib.
Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bazar ertəsi keçirilən mətbuat konfransında bildirib ki, hökumətin əsas məqsədi “Almaniya istehsalçılarının istehsal məkanlarını qorumaq və iş yerlərinə zəmanət verməkdir”.
Volkswagen 2024-cü ilin sonunda həmkarlar ittifaqları ilə Almaniyada zavodların bağlanmasının qarşısını almaq və 2030-cu ilin sonunadək məcburi ixtisarları istisna etmək barədə razılıq əldə etmişdi.
“Strateji addım”
ING-də nəqliyyat və logistika sahəsinə fokuslanan baş sektor iqtisadçısı Riko Luman bildirib ki, Volkswagen-in iddia edilən restrukturizasiya planlarına qarşı müqavimət gərgin danışıqlar dövrünə səbəb olacaqdır.
“Bu, çox mürəkkəbdir, amma nəsə baş verməlidir — bu, dəqiqdir. Buna görə də müşahidə şurası da vəziyyətin təxirəsalınmazlığının fərqində olmalıdır”, — Luman CNBC-yə videozəng vasitəsilə açıqlamasında deyib.
Lumanın sözlərinə görə, Volkswagen-in üzləşdiyi çətinliklər ümumilikdə Avropa avtomobil sənayesinin qarşılaşdığı təzyiqləri əks etdirir. O, tam elektrikləşməyə keçid yolundakı problemləri, Çin avtomobil brendləri ilə rəqabəti və əsas bazarlarda ixrac çətinliklərini bu təzyiqlər sırasında göstərib.
Çərşənbə günü Volkswagen-in səhmləri bir qədər ucuzlaşıb və 2010-cu ilin yayından bəri müşahidə olunmayan səviyyələrdə ticarət olunub. İlin əvvəlindən bəri təxminən 33% dəyər itirən səhmlər ötən həftə sürətləndirilmiş restrukturizasiya barədə xəbərlər yayıldıqdan sonra son 52 həftənin yeni minimumuna enib.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
48 d. əvvəl
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
-
1 saat əvvəl
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
2 saat əvvəl
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azərbaycana Avropadan turist axını 8 % artıb
Volkswagen xərclərin azaldılması üzrə tarixi planı ilə bağlı qarşıdurmalara hazırlaşır - 100 MİNLİK İXTİSAR
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Ən çox oxunanlar
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
İyulun 3-də gözlənilən hava şəraiti
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
“Azərenerji” ixracını təxminən 2 dəfə artırıb
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
"Sea Breeze"də "Caspian Motor Show 2026"keçirilib - FOTOLAR
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu




















