970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə

Turizmdə həyəcan siqnalı: Turistlər daha az pul xərcləyir. Azərbaycana gələnlərin sayı da, xərclədiyi pul da azalıb. Ən çox zərbə otellərə dəyib. Əcnəbi turistlərin Azərbaycanda xərcləri 1 milyard manata çatmayıb. Onların xərclədiyi pul 5 ayda 281 milyon manat azalıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib.

Rəsmi statistikaya əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % azdır.

Reklam_3_11

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 5 ay ərzində nəqliyyata 430 milyon 928,8 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,3 % azalıb.

Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32 % azalaraq 171 milyon 750,2 min manat təşkil edib.

Turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % azdır.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 20 % azalaraq 5 milyon 489,4 min manat olub.

Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb.

Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 % ) xərclənib.

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 8,9 % azalaraq 283 milyon 455,9 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 126 milyon 424,8 min manat olub ki, bu da illik müqayisədə 2 % azalıb. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 52 milyon 729,2 min manata düşüb.

Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumata görə, gələnlərin 27,2 %-i Rusiya, 22 % i Türkiyə, 8,4 %-i İran, 5 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,3 %-i Çin, 2 %-i İsrail, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,8 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 % artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3 % artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 % azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 % azalaraq 385,8 min nəfər olub.

Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Azərbaycanda turizm xərcləri Azərbaycana gələn turistlər əcnəbilərin Azərbaycanda xərcləri turist xərcləri 2026 yanvar-may turizm statistikası Azərbaycanda turizm gəlirləri xarici turistlərin xərcləri turizm sektorunda azalma turizm xərcləri azalıb Azərbaycana səfər edən əcnəbilər vətəndaşlığı olmayan şəxslər turizm statistikası Dövlət Statistika Komitəsi turizm Azərbaycanda xarici turist sayı 871 7 min turist turistlərin nəqliyyat xərcləri yerləşmə xidmətləri xərcləri qidalanma xərcləri mədəniyyət xərcləri turizm zərfi nəqliyyat vasitələrinin icarəsi idman və əyləncə xidmətləri turistlərin hədiyyə xərcləri Azərbaycanda otel xərcləri turizm xidmətləri turizm bazarı turizm axını Azərbaycana gələn əcnəbilər Rusiya turistləri Türkiyə turistləri Hindistan turistləri İran turistləri Gürcüstan turistləri Qazaxıstan turistləri Körfəz ölkələrindən turistlər MDB ölkələrindən turistlər Avropa İttifaqından turistlər
02.07.2026 18:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19