Türkiyə Mərkəzi Bankı zəlzələlərdən sonra faizini aşağı saldı
Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.TCMB faizini 0,50 faiz bəndi azaldaraq 9%-dən 8,50%-ə endirib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Marja xəbər verir ki, Bank əsas pul siyasəti faizini 0,50 faiz bəndi azaldaraq 9,00%-dən 8,50%-ə endirib.
Mərkəzi Bank qeyd edib ki, faizin azaldılması zəlzələdən sonra iqtisadiyyatın bərpasını dəstəkləmək məqsədini daşıyır.
İqtisadçıların çoxu Mərkəzi Bankın faiz dərəcəsini 1,00 faiz bənd aşağı salacağını gözləyirdi.
TCMB-nin yaydığı press-relizdə bildirilir:
"Zəlzələnin istehsal, istehlak, məşğulluq və gözləntilərə təsiri hərtərəfli qiymətləndirilir. Zəlzələnin yaxın perspektivdə iqtisadi aktivliyə təsir göstərəcəyi gözlənilsə də, orta müddətli perspektivdə Türkiyə iqtisadiyyatının performansına daimi təsir göstərməyəcəyi gözlənilir. Bu çərçivədə Pul Siyasəti Komitəsi faizi 0,50 faiz bəndi endirməyə qərar verdi. Komitə hesab edir ki, bu, zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kifayətdir. 2023-cü ilin ilk yarısında baş verən zəlzələnin təsirləri yaxından izlənəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























