Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
(®) Ölkənin birinci bankı Kapital Bank-ın brendi olan Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yekunlaşıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutan sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim edib.
Bankın 7-ci dəfə dəstək olduğu sərgi yerli bizneslərin tanıdılması, yeni əməkdaşlıqların qurulması və bazara çıxış imkanlarının genişləndirilməsi baxımından ölkənin ən böyük biznes platformalarından biridir. Tədbir çərçivəsində keçirilən şirkətlərarası işgüzar görüşlər və dövlət qurumlarının nümayəndələri ilə təşkil olunan görüşlər iştirakçılara yeni əməkdaşlıqlar qurmaq, biznes əlaqələrini genişləndirmək və mövcud imkanlarla daha yaxından tanış olmaq imkanı yaradıb.
Sərginin yekunlarına münasibət bildirən Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə qeyd edib ki, sahibkarların inkişafı üçün maliyyə həlləri ilə yanaşı, onların yeni əlaqələr qurmasına, təcrübə mübadiləsi aparmasına və məhsul-xidmətlərini daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradan platformaların olması da vacibdir. O, Yerli Şirkətlərin Tanıtım Sərgisini bizneslər arasında əməkdaşlığın inkişafına töhfə verən uğurlu təşəbbüslərdən biri adlandırıb.
Qeyd edək ki, Birbank Biznes hazırda 200 mindən çox sahibkara xidmət göstərilir. Platforma sahibkarların gündəlik fəaliyyətini asanlaşdıran rəqəmsal həllərlə yanaşı, onların inkişafına, yeni əməkdaşlıqlar qurmasına və biznes imkanlarını genişləndirməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
19 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı























