Birjalarda son vəziyyət - QIZIL 2008 DOLLARADƏK BAHALAŞA BİLƏR
Ötən həftə ABŞ-da inflyasiya göstəricilərinin proqnozlaşdırıldığı kimi geriləməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu.
Beləki, Amerikada İstehlak Qiymətləri İndeksi (CPİ) ötən ilin dekabr ayında aylıq müqayisədə 0,1% azalmış, illik müqayisədə isə 6,5% artıb. Ötən ilin son ayında CPİ 2020-ci ilin may ayından bu yana ilk dəfə aylıq müqayisədə geriləyərək, illik müqayisədə 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb.
Nəticədə dollar indeksi 101.60 bənd hədlərinə kimi gerilədi. “Ayı”lar eniş tendensiyasını davam etdirə bilsələr, DXY 100 bənd səviyyəsini test edə bilər.
Cari həftə ərzində İngiltərədə, Avrozonada, Almaniyada və Kanadada açıqlanacaq inflyasiya göstəriciləri birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Həmçinin, Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, eləcə də, Avrozonada və Almaniyada ZEW İqtisadi Aktivlik İndeksi kimi önəmli məlumatlar investorların diqqət mərkəzində olacaqdır.
EUR
Dolların qlobal bazarlarda ucuzlaşdığı ötən həftə ərzində EUR/USD məzənnəsi 1.0867-ə qalxaraq 2022-ci ilin aprelindən sonra pik həddinə çatıb.Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.1050 hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.2250 hədlərinə kimi bahalaşan GBP/USD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq inflyasiya və əmək bazarına dair statistik rəqəmlər ciddi təsir edə bilər.
TRY
İnkişaf etməkdə olan ölkələrin valyutalarında bahalaşmaya baxmayaraq, USD/TRY üfüqi tendensiyasını 18,80TL həddindəki maksimumunu qorumaqla davam etdirir. Bu həftənin cümə axşamı günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı lirənin dollar qarşısında necə bir dalağalanma sərgiləyəcəyinə aydınlıq gətirə bilər.
GOLD
ABŞ-da ötən həftə geriləyən inflyasiya fonunda investorların qızıla kökləndiklərini müşahidə edirik. Nəticədə qızıl 1920$ hədlərinə kimi bahalaşdı. Dollar indeksində eniş tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1942$ və 2008$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























