Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı aşağı salındı
Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.
"Marja" Naxçıvan mediasına istinadən xəbər verir ki, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından qiymət artırılaraq 40 qəpik müəyyən olunmuşdu. Buna səbəb kimi Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi bildirilir. Bununla bağlı mətbuatda dərc olunan tənqidi yazılardan sonra bu gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” haqqında 2022-ci il 14 mart tarixli Qərarını aidiyyəti qurumlara bir daha göndərib. Həmin tariflərə əsasən bu gündən şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.
Qiymətlərin yenidən qaydaya salınmasını Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev də təsdiqləyib.
Qanunsuz qiymət artımının səbəbini soruşduqda isə o, bunun vaxtilə yuxarı orqanların verdiyi göstəriş əsasında olduğunu bildirib.
"Xidmət haqqının yenidən qaydaya salınması sərnişindaşıma ilə məşğul olan sürücülərin narazılıqlarına səbəb olub. Onlar bildirirlər ki, xidmət haqqı aşağı salınsa da, Nəqliyyat Xidməti tərəfindən onlar üçün müəyyən olunan gündəlik plan hələ də 94 manat olaraq qalır. Hətta marşrut avtobuslarının əksəriyyətinin istismar müddətinin 10 ildən yuxarı olması texniki xərclərin çox olması ilə nəticələnir. Həmçinin xidmət tərəfindən onlara nə yanacaq, nə də ehtiyat hissələri verilmir. Üstəgəl sürücülərə əməkhaqqının verilməsi də dayandırılıb".
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyevə görə isə sürücülərin narazılığı əsassızdır.
Sürücülər isə sözügedən müqavilələrin onlara polisin zor tətbiq etməsi ilə bağlatdırıldığını və heç bir hüquqi qüvvəsinin olmadığını bildirdilər.
Nəticə isə onu göstərir ki, sərnişinlərin qanunla müəyyən olunmuş hüquqları bərpa olunsa da, bu dəfə sürücülər çətin vəziyyətdə qalıb. Hər halda aid qurumlar məsələni daha ətraflı araşdıraraq həllinə nail olacaqlar" - "Nuhçıxan"da bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























