Valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazası yaradılacaq
Valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazası yaradılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.
Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.
Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması valyuta nəzarəti orqanının bu səlahiyyətinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaqdır. Vahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaqdır. Valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək (ötürəcək) və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.
Layihəyə əsasən valyuta əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədilə informasiya sistemində toplanan məlumatların əldə edilməsi rezident və qeyri-rezidentlərin razılığı olmadan həyata keçirilə biləcək.
Valyuta əməliyyatları maliyyə-bank əməliyyatlarına aid olduğundan layihədə vahid informasiya bazasında toplanılan məlumatların saxlanması müddəti qanunla müəyyən olunmuş pul vəsaitləri ilə bağlı əməliyyatlara dair məlumatların saxlanması müddəti ilə eynilik təşkil etməsi və bank sirrinin qorunması rejiminin tətbiq olunması nəzərdə tutulur.
Layihənin qəbulu ölkədə valyuta nəzarətinin effektivliyi və valyuta tənzimi məqsədilə zəruri hallarda adekvat valyuta rejiminin tətbiqi vasitəsilə ölkənin tədiyyə balansının vəziyyətinin yaxşılaşdırılması, son nəticədə ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi imkanlarını artıracaq.
Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
CƏRİMƏLƏR MÜƏYYƏNLƏŞİR
Valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulmasına görə cərimələr müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, valyuta nəzarəti agentləri tərəfindən apardıqları valyuta əməliyyatları barədə məlumatların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























