Mərkəzi Bank dövriyyədəki pulu azaltmaq üçün daha bir əməliyyata başlayır
Mərkəzi Bank inflyasiyanın düşməsini təmin etmək üçün pul təklifini azaldır. Bu məqsədlə 7 günlük REPO hərracı keçiriləcəkdir. Hərrac ilə dövriyyədən 100 milyon manatın geri yığılması planlaşdırılır.Mərkəzi Bank tərəfindən həyata keçirilən əməliyyatlardan biri də açıq bazar əməliyyatlarıdır.
Açıq bazar əməliyyatları - Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilən (əsasən qiymətli kağızların alqı-satqısı formasında) əməliyyatlardır. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda pul təklifi azalır, alındıqda isə pul təklifi artır. Açıq bazar əməliyyatları çərçivəsində qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər.
Mərkəzi Bank tərəfindən likvidliyin sterilizasiyası məqsədilə ehtiyac olduğu təqdirdə öncədən müəyyən edilən həcmlərdə 7 günlük REPO hərracları keçirilə bilər. Hərraclar üzrə faizlər faiz dəhlizinin aşağı həddi (faiz dəhlizinin aşağı həddi daxil edilməməklə) ilə uçot dərəcəsi (uçot dərəcəsi daxil edilməməklə) arasındakı intervalda dəyişə bilər.
Hazırda faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi həddi 9.25%-dir. Uçot faiz dərəcəsi isə 8.25%-dir.
Marja xəbər verir ki, bu gün, 20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəf qismində çıxış etdiyi Repo hərracı keçiriləcəkdir.
Hərracın məbləği 100 milyon manatdır.
Repo hərracının parametrləri barədə məlumat:
Hərracın tarixi: 20.12.2022
Hərrac vaxtı: 10.30-11.00
Hərracın məbləği: 100.000.000 manat
Repo müddəti 7 gün
Repo predmeti: AZ2001008351
Repo predmetinin sayı: 100.000.000 ədəd
Repo açılış qiyməti: 1 manat
Faiz dəhlizi: 6,26%-8,24%
Hesablama bazası: 365 gün
Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit: Açılış məbləğləri üzrə ümumi həcm hərracın məbləğinin maksimum 10%-i həcmində
Hərracın baş tutması üçün tələb olunan bank sayı: ən azı 5 bank.
Qeyd edək ki, REPO hərracında məqsəd pul təklifinin azaldılması ilə inflyasiyanın düşməsinə nail olmaqdır.
Bundan əncə Mərkəzi Bank pul təklifinin azaldılması üçün notlarının yerləşdirilməsinə başlamışdı. Sterilizasiya məqsədilə Mərkəzi Bank öncədən müəyyən edilən həcmlərdə 1,3,6 və 9 aylıq not hərracları keçirə bilər. Not hərracları sabit həcmli olmaqla bazar faizləri əsaslı mexanizmlə keçirilir. Başqa sözlə notların gəlirliyi bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşır. 15.12.2022 tarixinə Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 406 milyon manat təşkil edib. Yəni, Mərkəzi Bank notlarını yerləşdirməklə 1 milyard 406 milyon manatı dövriyyədən çıxarıb.
Sterilizasiya yönümlü əməliyyatlar - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlardır. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq valyuta təklifinin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























