İllik bonusları necə faydalı istifadə etməli?
(®) İlin sonu yaxınlaşdıqca bayramın gəlməsindən başqa əhvalımızı qaldıran başqa səbəblərdə var. Korporativ mühitdə olanlar bilir ki, il sonu həm də illik bonus deməkdir. Bir çoxlarımız bu bonuslarla bağlı müxtəlif planlar qurur, arzularımızı bonusla gerçəkləşdirmə imkanları axtarırıq.
Bəs bu bonusu büdcəmizə ən faydalı şəkildə necə istifadə edə bilərik?
5 addımda yeni ilə maliyyə baxımdan daha uğurlu şəkildə girməyin və bonuslarımızı ən yaxşı şəkildə istifadə etməyin yollarını təqdim edirik.
1. Borclarınız varsa bağlayın
İnsanı maddi cəhətdən ən çox limitləyən şey borcdur. Kiməsə borclu olmaq daim narahatlıq yaradır. Əgər borcunuz və ya kreditiniz varsa bonusunuzla bunu bağlamağınız və yeni ilə azad girməyiniz yaxşı seçim ola bilər. Unutmayın ki, borcunuzu bağladıqdan sonra yenidən borclanmaq üçün etibar da qazanmış olursunuz.
2. Ehtiyat büdcə yaradın və ya əlavə edin

İllik bonusunuz yığımlarınız üçün olduqca yaxşı mənbə hesab oluna bilər. Böyük arzularınız üçün topladığınız məbləğə sizi motivasiya edəcək qədər yatırım etmək əlbəttə ki, çox yaxşı addımdır. Avtomobil almaq istəyirsinizsə və ya qarşıdan gələn il səyahətə getmək istəyirsinizsə illik bonusunuzu yığımın üzərinə əlavə edin.
3. Bonuslarınızı gündəlik xərclərdə əlavə gəlirə çevirin.

Gəlirli xərclərin nə olduğunu bilirsiniz? Evinizin aylıq xərcləri, alınmalı ehtiyacları və ya iri ödəmələrini xüsusi platformalarla edərək keşbek qazana bilərsiniz. Misal olaraq bütün ödəmələrdən 2% keşbek təklif edən PashPay-in m10 tətbiqini göstərmək olar. Yığılıb qalan ödəmələrdən xətri sayılacaq miqdarda keşbek qazanmaq yeni ilə bir addım irəlidə girmək deməkdir.
4. Qalığa faiz təklif edən hesaba yatırın
Əgər bonusunuzla bağlı ciddi planlarınız yoxdursa, onu əlavə gəlir gətirən bank hesabına yerləşdirə bilərsiniz. Bir çox banklar pulunuzu onların hesabına köçürdüyünüz halda yeksək faizlər təqdim edir. Bankların hesab qalıqlarına etdiyi təklifləri dəyərləndirərək bonusunuzu müəyyən qədər lakin passiv formada gəlirə çevirə bilərsiniz.
5. Özünüzə investisiya edin

Yeni ildə sizə qazandıracaq bir digər addım da bonuslarınızla öz inkişafınızı dəstəkləməyinizdir. Peşənizi artıracaq hər hansı kurs, yeni bacarıq üçün yeni qurğu və ya çoxdan arzuladığınız bir bacarıq üçün atılan bir addım — sizi yeni ilin ən qazanclılarından biri edə bilər. Özünüzü hədiyyə ilə mükafatlandırmaq da bunların sırasına daxildir.
Planınızın nə olmasından asılı olamayaraq, bonusunuzu faydalı xərcləməyə diqqət edin. Bu imkandan yaxşı istifadə edərək. Yeni ilə iqtisadi azadlığınızla birlikdə daxil olun!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























