Hərracda 3 dəfə çox dollar satıldı - Mərkəzi Bank məlumat yaydı
Valyuta hərracda tələbi əvvəlki hərrac ilə müqayisədə 3,3 dəfə artaraq 76,2 milyon manat təşkil edib.15 Noyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Marja.az xəbər verir ki, hərracda tələb 76,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış).
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
10 Noyabr 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 22,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 86 valyuta hərracında banklara 4 milyard 393,1 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.
"Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır",- Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























