"Neft və qaza tavan qiymətlərin müəyyən edilməsi bazarı məhv edəcək və investorları qorxutacaq"
"Karbohidrogenlərə (neft, qaz və s. - red) tavan qiymətlərin müəyyən edilməsi bazarı məhv edəcək və investorları qorxutacaq".
Marja xəbər verir ki, bunu Qətərin energetika naziri və "QatarEnergy" neft-qaz şirkətinin baş direktoru Saad əl-Kaabi Bloomberg kanalına müsahibəsində bildirib.
"Karbohidrogenlərə maksimum qiymət təyin edilməsi bazarı məhv edəcək və qiymətləri məhdudlaşdırmaqla siz neft və qaz bazarındakı investorları qorxutacaqsınız. Əgər mən investor kimi hansısa layihəyə, tutaq ki, 40-50 dollar müəyyən edilmiş qiymətə görə, on milyard dollar sərmayə qoyuramsa, qazancımın 9-10% olmasını gözləyirəmsə, növbəti hökumət onu aşağı salmaq qərarına gəlsə, mən nə edəcəm?”, - deyə dövlət naziri müsahibəsində bildirib.
Əl-Kaabi hesab edir ki, sərbəst bazar həmişə ən yaxşı həll yoludur: "Əgər siz bazara nəzarət etmək fikrindəsinizsə, qərb ölkələri, satıcılar və alıcılar üçün özlərinin yaratmağa çalışdıqları bütün antiinhisar qanunlarına qarşı çıxmış olurlar. Özləri bunun əksini edirlər. Bu çox ikiüzlü bir həlldir”.
Qərb ölkələri Rusiya neftinin qiymətinin tavanı ideyasını müzakirə etməyə başlayıblar, bunun təşəbbüskarlarından biri ABŞ-dır. ABŞ Xəzinədarlığı bir barel üçün 40-60 dollar diapazonunda qiymət tavanının tətbiqini təklif edib. Bloomberg agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, prezident Co Baydenin administrasiyası qiymət tavanının şərtlərinə onun artırılması istiqamətində yenidən baxır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















