970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı Fərman imzalayıb.

Marja.az xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılır.

Yeni statusda Agentlik dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləmə və nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.

Agentliyin əsas funksiyaları sırasında ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək, habelə daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görmək də yer alır.

Fərmanla bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılır. Bunlara Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, həmçinin həmin Mərkəzin tabeliyində Hüquq və İnsan Haqları İnstitutu daxildir.

Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və Marionet Teatrının əsasında Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatları yaradılacaq.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətləri isə məhdud məsuliyyətli cəmiyyətlərə çevriləcək. İqtisadiyyat Nazirliyinə bu prosesin iki ay müddətində təmin edilməsi tapşırılıb.

Yenidən təşkil ediləcək qurumlar bunlardır:

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

Fərmana əsasən, bu cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət 5 üzvdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçiriləcək. Müşahidə Şurasının yaradılması, sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Prezidentinin səlahiyyətində olacaq.

Cəmiyyətlərin yenidən təşkili və ləğvi isə Prezidentlə razılaşdırılmaqla İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək. Onların nizamnamə kapitalı müvafiq publik hüquqi şəxslərin əmlakı hesabına formalaşdırılacaq.

Fərmanda həmçinin Şuşa şəhəri ilə bağlı ayrıca mexanizm nəzərdə tutulub. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə iki ay müddətində tabeliyində məhdud məsuliyyətli cəmiyyət yaratmaq tapşırılıb. Bu cəmiyyət Şuşa şəhəri və Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyaları həyata keçirəcək.

Nazirlər Kabinetinə üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi, Dövlət Ehtiyatları Agentliyinin əsasnamə layihəsinin, strukturunun və işçilərinin say həddinin hazırlanması ilə bağlı təklifləri Prezidentə təqdim etmək tapşırılıb.

Maliyyə Nazirliyi isə yeni yaradılan qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin edəcək. Nazirlik həmçinin yeni qurumların strukturu, ştat vahidləri və əməkhaqqı sistemləri üzrə maliyyə ekspertizası aparacaq və optimallaşdırma tədbirləri görəcək.

XXX

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Marja xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılıb.

Aşağıdakı büdcə təşkilatları yaradılıb:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi;

“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin əsasında Azərbaycan Elm Fondu;

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi;

“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxsin əsasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC);

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi;

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində Hüquq və İnsan Haqları İnstitutu.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı publik hüquqi şəxslərin məhdud məsuliyyətli cəmiyyətlərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməlidir.

3.1. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

3.2. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

3.3. “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

3.4. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

3.5. “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs.

4. Bu Fərmanın 3-cü hissəsi ilə yaradılması nəzərdə tutulan məhdud məsuliyyətli cəmiyyətlərin (bundan sonra – Cəmiyyətlər) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1.Cəmiyyətlərin Müşahidə Şurasının yaradılması;

4.1.2. Cəmiyyətlərin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətlərin yenidən təşkili və ləğvi;

4.3. Müşahidə Şurasına:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətlərin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Müəyyən edilsin ki:

5.1. Agentlik dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən mərkəzi icra hakimiyyəti orqanıdır;

5.2. Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

5.3. Cəmiyyətlərin nizamnamə kapitalı aidiyyəti üzrə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;

5.4. Cəmiyyətlərin strukturu, ştat vahidləri və əməkhaqqı sistemləri, bu Fərmanın 6.3-cü və 9.2-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətlərin Müşahidə Şurası tərəfindən müəyyən edilir;

5.5. bu Fərmanın 1 – 3-cü hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan yeni qurumlara keçir;

5.6. bu Fərmanın 1-ci və 2-ci hissələrinə, habelə 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə və yarımbənddə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirirlər;

5.7. Cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirirlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. üç ay müddətində:

6.1.1. aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

6.1.1.1. bu Fərmanın 1 – 3-cü hissələri, habelə 6.1.2-ci yarımbəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

6.1.1.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin əsasnaməsinin layihəsi, habelə strukturu və işçilərinin say həddi;

6.1.2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxsin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin və Marionet Teatrının əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etsin;

6.1.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;

6.1.4. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinə və 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələrinin (nizamnamələrinin) təsdiq edilməsi, strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;

6.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;

6.3. işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini (xidmət olunan inzibati ərazi vahidlərinin sayı əsasında komplektləşdirməklə) bir ay müddətində təsdiq etsin;

6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

7.1. Cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün onların nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.2. Cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakının aidiyyəti üzrə Cəmiyyətlərin balansına verilməsi üçün müvafiq tədbirlər görsün;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

8. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs:

8.1. iki ay müddətində tabeliyində məhdud məsuliyyətli cəmiyyətin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etsin;

8.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, mövcud strukturunun optimallaşdırılması, habelə bu Fərmanın 8.1-ci bəndində nəzərdə tutulan cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin müəyyən edilməsi ilə bağlı nizamnaməsinə uyğun olaraq tədbirlər görsün;

8.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

9.1. bu Fərmana əsasən yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;

9.2. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.

25.06.2026 16:02
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19