"Yelo Bank"ın xalis mənfəəti kəskin azalıb
Aldım qoz, satdım qoz, mənə qaldı çaqqaçuq - "Yelo Bank"ın xərcləri kəskin artıb, gəlirlərdəki artımı tamamilə silib. Eyni zamanda, Bankın əməliyyat mənfəəti də aşağı düşüb."Yelo Bank" ASC 2022-ci ilin 9 ayını 3 milyon 244 min manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azalıb. Bank 2021-ci ilin 9 ayını 11 milyon 367 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən ilin 9 aynda "Yelo Bank"ın xalis mənfəətinin böyük hissəsi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış vəsaitdən qaynaqlanırdı. Əməliyyat mənfəəti azaldığından və ehtiyatdan daha az vəsait qayıtdığı üçün Bankın xalis mənfəəti də azalıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın əməliyyat mənfəəti 1 milyon 470 min manat təşkil edib. Eyni zamanda, ehtiyatdan 1 milyon 774 min manat qayıdıb və nəticədə mənfəət 3 milyon 244 min manata yüksəlib. 2021-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın əməliyyat mənfəəti 1 milyon 550 min manat təşkil etmiş, ehtiyatdan 9 milyon 817 min manat qayıtmış və mənfəət 11 milyon 367 min manata yüksəlmişdi.
2022-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın əməliyyat gəlirləri artsa da, əməliyyat xərclərinin artması onu tamamilə silib.
2022-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 70 milyon 102 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 68 milyon 632 min manat təşkil edib. 2021-ci ilin eyni dövründə Bankın cəmi əməliyyat gəlirləri 48 milyon 810 min manat, cəmi əməliyyat xərcləri 47 milyon 259 min manat təşkil etmişdi. Beləliklə, gəlirlərin 21 milyon 293 min manat artmasına qarşı, xərclər 21 milyon 373 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımı tamamilə silib, üstəlik Bankın əməliyyat mənfəəti 80 min manat da azalıb.
"Yelo Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında 134 milyon 399 min manat və ya 30,1% artaraq 30 Sentyabr 2022-ci il tarixində 580 milyon 436 min manat təşkil edib.
30 Sentyabr 2022-ci il tarixində "Yelo Bank" ASC 795 milyon 604 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 533 milyon 721 min manat cəmi aktivlərə malik idi.
"Yelo Bank"ın depozit portfeli 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 197 milyon 739 min manat və ya 56% artaraq 550 milyon 378 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "Yelo Bank" 92 milyon 948 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 62 milyon 390 min manat idi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 d. əvvəl
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
- 29 d. əvvəl
-
40 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Ən çox oxunanlar
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə






















