Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Qızılın qiyməti enişini davam etdirərək yeddi aydan çox müddətin ən aşağı səviyyələrinə yaxınlaşıb. Buna ABŞ dollarının yenidən güclənməsi və Federal Ehtiyat Sisteminin (Fed) pul siyasətini daha da sərtləşdirəcəyinə dair gözləntilərin artması fonunda gəlir gətirməyən metala tələbin azalması səbəb olub.Qızılın qiyməi cümə axşamı enişini davam etdirərək bir gün əvvəl qeydə alınmış yeddi aydan çox müddətin ən aşağı səviyyəsinə yaxın qalıb.
Marja xəbər verir ki, ABŞ Mərkəzi Bankının (FED) faiz artıracağına dair gözləntilərin güclənməsi fonunda dolların möhkəm qalması qızıl üzərində təzyiq yaradıb.
Qıızıl Bakı vaxtı ilə saat 07:17-yə olan məlumata görə 0,7% ucuzlaşaraq bir unsiya üçün 3970,47 dollaradək düşüb.
Qızılın qiyməti çərşənbə günü 2025-ci ilin noyabrından bəri ilk dəfə əsas psixoloji hədd olan 4000 dollar/unsiya səviyyəsindən aşağı enib.
Qiymətli metal hazırda yanvarda qeydə alınmış 5595,46 dollar/unsiya səviyyəsindəki rekord maksimumdan təxminən 30% ucuzlaşıb.
Külçə qızıl güclü dollar və FED-in faiz artıracağına dair gözləntilərin təsiri ilə çərşənbə günü 2025-ci ilin noyabrından bəri ilk dəfə kritik 4 000 dollar/unsiya səviyyəsindən aşağı düşüb.
CME FedWatch Tool-un məlumatlarına görə, investorlar bu il FED-dən 3 dəfə faiz artımı gözləyirlər və sentyabr ayında faiz artımı ehtimalını təxminən 67% səviyyəsində qiymətləndirirlər.
ABŞ dolları çərşənbə günü ardıcıl üçüncü ticarət sessiyasında da bahalaşaraq 13 ayın ən yüksək səviyyəsinə çatıb. Bu isə digər valyutalardan istifadə edən investorlar üçün qızılı daha bahalı edib.
ABŞ-ın maliyyə naziri Skott Bessent çərşənbə günü Fed sədri Kevin Uorşun gələcəyə yönəlik faiz istiqamətləndirməsini azaltmaq planını müsbət qarşıladığını bildirib. Bununla belə, o vurğulayıb ki, Fed siyasətçiləri İran münaqişəsinin inflyasiyaya təsiri məsələsində açıq mövqedə qalmalıdırlar.
Digər tərəfdən, rəsmilər bildiriblər ki, Livan və İsrail ABŞ-ın dəstəklədiyi təklifi müzakirə edir. Təklif İsrail qüvvələrinin Hizbullahla müharibə zamanı işğal etdiyi Livan ərazilərinin bir hissəsini Livan ordusuna təhvil verməsini nəzərdə tutur. Bu addım işğal altındakı bölgələrdə Livanın nəzarətini yenidən bərpa etməsi istiqamətində irəliləyiş ola bilər.
Digər qiymətli metallardan - gümüş 0,2% ucuzlaşaraq 57,33 dollara, platin 0,2% uculaşaraq 1575,85 dollara geriləyib. Palladium isə 0,3% bahalaşaraq 1 170,25 dollara yüksəlib.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 37 d. əvvəl
- 51 d. əvvəl
-
55 d. əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
1 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib


























