"GünayBank"ın xərcləri gəlirlərindən sürətli artıb, əməliyyat mənfəəti kəskin düşüb
"GünayBank"ın istehlak və biznes kreditləri portfeli kiçilib, faiz xərcləri artıb və nəticədə əməliyyat mənfəəti azalıb."GünayBank" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 616 min manat xalis mənfəət ilə başa vurub. "GünayBank"ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 1,5 dəfə artıb. Bank ötən ilin eyni dövründə 399 min manat xalis mənfəət əldə etmişdi.
Qeyd edək ki, Bankın xalis mənfəətinin artması, kredit itkilərinin bərpası ilə əlaqədar olaraq ehtiyatdan qayıdan vəsaitin 3 dəfəyə yaxın artması ilə əlaqədardır. Cari ilin 9 ayında Bankın gəlirlərindəki artımı xərclərdəki artım tamamilə silib, hətta əməliyyat mənfəətində 33,8% azalma baş verib.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın faiz gəlirləri 631 min manat və ya 6% artaraq 11 milyon 222 min manat, qeyri-faiz gəlirləri isə 177 min manat və ya 3 % artaraq 5 milyon 855 min manat təşkil edib.
FAİZ XƏRCLƏRİ ARTIB
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın faiz xərcləri 1 milyon 810 min manat və ya 26,5% artaraq 8 milyon 628 min manat, qeyri-faiz xərcləri isə 276 min manat və ya 3,9% azalaraq 7 milyon 27 min manat təşkil edib.
"GünayBank"ın depozit faizləri üzrə, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə xərcləri artıb. Qeyd edək ki, "GünayBank" ən yüksək əməanət faizi təklif edən banklardan biridir.
Beləliklə, "GünayBank"ın əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 808 min manat artmasına qarşılıq əməliyyat xərcləri 1 milyon 534 min manat artıb. Yəni, gəlirlərdəki artımı xərclərdəki artım tamamilə silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 726 min manat azalma baş verib.
2022-ci ilin 9 ayında "GünayBank"ın cəmi əməliyyat gəlirləri 17 milyon 77 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 655 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 422 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 620 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 187 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "GünayBank"ın cəmi əməliyyat gəlirləri 16 milyon 269 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 121 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 148 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 748 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
KREDİTLƏRDƏN FAİZ GƏLİRLƏRİ AZALIB
Diqqəti cəlb edən "GünayBank"ın müştərilərə verilmiş kreditlərdən faiz gəlirinin azalmasıdır. 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "GünayBank"ın müştərilərə verilmiş kreditlərdən faiz gəliri 4,3% azalaraq 7 milyon 857 min manata geriləyib. Bank ötən ilin 9 ayında müştərilərə verilmiş kreditlər üzrə 8 milyon 212 min manat faiz gəliri əldə etmişdi. Cəmi faiz gəlirlərində artım "GünayBank"ın digər banklar və maliyyə institutlarındakı depozitləri üzrə faiz gəlirinin artması hesabınadır.
Bank cari ilin 9 ayında əməkhaqqı xərclərini 6,9% azaldıb.
CƏMİ KREDİT PORTFELİ CÜZİ ARTIB
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "GünayBank"ın kredit portfeli (müştərilərədəki cəmi kreditlər) 6 milyon 555 min manat və ya 3,3 % artaraq 30 Sentyabr 2022-ci il tarixində 206 milyon 330 min manat təşkil edib.
İSTEHLAK VƏ BİZNES KREDİTLƏRİ PORTFELİ KİÇİLİB
Kreditlər bank üçün faiz gəliri formalaşdıran əsas aktiv bölməsidir. 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "GünayBank"ın istehlak kreditləri portfeli 153 min manat azalaraq 2 milyon 380 min manata, biznes kreditləri portfeli 1 milyon 309 min manat azalaraq 124 milyon 331 min manata düşüb. İpoteka kreditləri portfeli isə 8 milyon 16 min manat artaraq 79 milyon 617 min manata yüksəlib. Cəmi kredit portfelinin artması ipoteka kreditləri portfelinin artması ilə əlaqədardır.
30 Sentyabr 2022-ci il tarixində "GünayBank" 289 milyon 894 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 256 milyon 469 min manat cəmi aktivlərə malik idi. Aktivlərin məbləğinin artması əsasən nağd pul vəsaitlərin artmasından qaynaqlanır.
Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında "GünayBank"ın depozit portfeli 23 milyon 30 min manat və ya 24,6% artaraq 116 milyon 590 min manata çatıb.
MƏCMU KAPİTALI AZALIB
30 Sentyabr 2022-ci il tarixində "GünayBank" 65 milyon 363 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 65 milyon 374 min manat idi).
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
-
14 d. əvvəl
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
-
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
1 saat əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Ən çox oxunanlar
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir























