Gürcüstanın bu il turizmdən əldə etdiyi gəlir açıqlanıb
Gürcüstanın bu ilin yanvar-sentyabr aylarında turizmdən əldə etdiyi gəlir 2,5 milyard dollar təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu ilin doqquz ayının gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 190,8% çoxdur. Nazirlik qeyd edir ki, təkcə sentyabr ayında respublika turizmdən 375 milyon dollardan çox gəlir əldə edib ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 132,1% çoxdur.
Koronavirus pandemiyasının başlamasından sonra turizm sənayesinin bərpa prosesinə gəlincə, turizm administrasiyası qeyd edib ki, bu ilin yanvar-sentyabr ayları üzrə gəlirlər 2019-cu ilin analoji göstəriciləri ilə müqayisədə 97,5% bərpa olunub.
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstana 3,8 milyondan çox xarici turist səfər edib, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Respublikaya ən çox turist Rusiya, Türkiyə və Ermənistandan gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
21 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 25 d. əvvəl
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
3 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























