Zəngilan şəhərində ilk yaşayış binasının təməli qoyuldu
10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
Marja xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.
Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olunub.
Dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoyub.
Zəngilan şəhərində məktəb binasının təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma 960 şagird yerlik tam orta məktəbin binası ilə bağlı məlumat verib.
Bildirilib ki, Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il sentyabrın 7-də Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Dövlətimizin başçısı təhsil müəssisəsinin təməlini qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 12 d. əvvəl
-
45 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi























