Neft hasilatının böyük azaldılması planı ilə qlobal bazarlar həftəyə mənfi atmosferlə başlayıb
OPEC+ neft hasilatın bazar proqnozlarından daha böyük azaldılmasına hazırlaşır. Bu plan nefti daha da bahalaşdıra biləcəyindən tənəzzül narahatlıqlarını güclənib və qlobal bazarları mənfi təzyiq altında qoyub. Bazarlar həftəyə mənfi atmosferlə başlayıb.
Dollar yen və sterlinqə qarşı bahalaşmaqda davam edib.
Bloomberg Dollar İndeksi həftəyə 0,1% yüksəlişlə başlayıb. OPEC+ xəbərlərindən sonra əmtəə ixracı üstünlük təşkil edən ölkələrin valyutası dollar qarşısında bahalaşıb.Avstraliya və Yeni Zelandiya dolları ABŞ dollarına nisbətdə 0,4% bahalaşıb.
Dollar/yen məzənnəsi səhər saatlarında 145-i keçərək Yaponiya hökumətinin müdaxilə səviyyələrinə yaxınlaşıb.
Sterlinq Böyük Britaniyanın Maliyyə naziri Kvasi Kvartenqin Mühafizəkarlar Partiyası daxilindəki müxalifəti vergi planına razı salmaq üçün danışıqlar aparmağı başladığına dair xəbərdən sonra zəifləyir. Funt/dollar 1,11 səviyyəsindən 0,6% aşağı düşüb.
Asiya Sakit Okean səhmləri mövqelərini itirir. Honq Konqun Hang Seng, Avstraliyanın S&P/ASX indeksi 200 bənd dəyər itirərkən, Yaponiyanın Topix indeksi bir qədər yüksəlib. Asiyada Cənubi Koreya və Çin birjaları bu gün tətil olduğundan bağlıdırlar. ABŞ fond fyuçersləri aşağı düşüb.
Qızıl 0,3% bahalaşıb və qiyməti 1665 dollara çatıb.
OPEC+ koalisiyasında böyük ixtisarlara hazırlaşır
Neft hasilatının səviyyəsilə ilə bağlı qərarını vermək üçün çərşənbə günü (05 oktyabr 2022-də) iclas keçirəcək OPEC+ neft hasilatını bazar gözləntilərindən daha çox azaltmağa hazırlaşır.
Bloomberg-ə danışan nümayəndələrə görə, OPEC+ gündəlik neft hasilatını 1 milyon bareldən çox azalda bilər. Neft qiymətləri son zamanlar artan qlobal tənəzzül ehtimalları fonunda düşüb və bu, hasilatın daha çox azaldılması çağırışlarına səbəb olub. Nümayəndələrin söylədiyi 1 milyon rəqəmi reallaşarsa, bu, pandemiyadan bəri ən böyük istehsal azaldılması olacaq.
Rusiyanın Ukraynaya hücumundan sonra Brent markalı neft 125 dolları keçmiş, lakin artan inflyasiyaya qarşı mərkəzi bankların faiz artırmaq tədbirlərinin iqtisadiyyatları böhrana sürükləyəcəyi gözləntiləri neft qiymətlərini aşağı salıb.
OPEC+ın FED-in ardıcıl yüksək faiz artırmasına və onların inkişaf etməkdə olan bazarlarda tələbə təsirlərinə diqqət yetirdiyini bildirən Enerji Aspektləri üzrə analitik Amrita Sen, “Qrup mümkün qədər tez izafi neft hasilatının qarşısını almaq istəyir”,- deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
23 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı



























