"2023-cü ildə böhran görməsək, çox təəccüblənəcəyəm"
ABŞ fond menecerləri böhran ehtimalı ilə bağlı razılığa gələ bilməsələr də, JPMorgan-ın modelinə görə, S&P 500 indeksi böhran ehtimalının 92 faiz olduğunu göstərir. Sözügedən nisbət avqust ayında yüzdə 51 ətrafında idi.ABŞ-da yerləşən nəhəng fondların rəhbərləri tənəzzüllə bağlı fərqli fikirlər səsləndirirlər.
Marja xəbər verir ki, "Duquesne Family Office"in qurucusu, məşhur investor Stan Druckenmiller, 2023-cü ildə böhran gözlədiyini, böhrandan sonra növbəti 10 il üçün durğun bir bazar proqnozlaşdırdığını deyib.
CNBC-nin Nyu-Yorkdakı konfransında danışan Druckenmiller, "2023-cü ildə böhran görməsək, çox təəccüblənəcəyəm" deyib.
Stan Druckenmiller Fed-in faizini artırmaqda gecikdiyini bildirib: "FED yumuşaq pul siyasətinə çoxdan son qoymalı idi".
"Citadel"in qurucusu Ken Griffin eyni konfransda Druckenmillerdən daha az bədbin proqnoz verib. Tənəzzül ehtimalına çox diqqət yetirdiyini qeyd edən Griffin, birjaların - sağlam əmək bazarı və güclü istehlakçı ilə güclü qaldığını vurğulayıb.
İstehlakçıların səyahət və elektronika kimi sektorlarda daha çox pul xərclədiyini, bunun isə iqtisadiyyat üçün çox güclü "arxa külək" mənasını verdiyini qeyd edən Griffin, “Bir sıra kritik sektorlarda vəziyyət yaxşıdır. ABŞ iqtisadiyyatı hələ də güclüdür. Hətta dördüncü rübdə real əmək haqqında artımı ola bilər",- deyib.
JPMorgan-ın modelinə görə, böhran demək olar ki, qapıdadır. Fed-in son faiz qərarında gələcəyə dair daha sərt mövqe tutmasından sonra 6,5 faiz ucuzlaşan S&P 500 indeksi, JPMorgan modellinə görə, 92% böhran ehtimalına işarə edir. Avqust ayında bu nisbət 51% idi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
19 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
























