Asiyanın iqtisadi artım proqnozları azaldıldı
Asiya İnkişaf Bankı (AİB) mərkəzi bankların pul siyasətlərini sərtləşdirməsi, Ukrayna müharibəsi və COVID-19 tədbirlərindən irəli gələn risklər səbəbindən inkişaf etməkdə olan Asiya ölkələri üçün ümumi daxili məhsulun (ÜDM) artımı proqnozlarını aşağı salıb.
Marja.az xəbər verir ki, AİB Çin və Hindistan da daxil olmaqla inkişaf etməkdə olan Asiya ölkələri üçün 2022-ci il üçün ÜDM artımı gözləntisini 4,6 faizdən 4,3 faizə endirib.
Bank 2023-cü il üçün artım gözləntisini isə 5,2 faizdən 4,9 faizə endirib.
Asiya İnkişaf Bankının baş iqtisadçısı Albert Park, "Aprel ayında açıqlanan Asiya İnkişafına Baxışdan sonra müxtəlif əks "küləklər" güclənib. FED və digər mərkəzi bankların daha aqressiv sərt pul siyasətləri qlobal tələbi cilovlayır və maliyyə bazarlarını sarsıdır. Bu da Asiyanın ixrac mallarına tələbi azalda bilər", - deyib.
AİB Çin üçün aprel və iyul hesabatlarında 5,0 faiz və 4,0 faiz olaraq açıqlanan ÜDM artım proqnozlarını bugünkü hesabatda 3,3 faizə qədər yenidən nəzərdən keçirilib, 2023-cü il üçün artım proqnozunu da 4,8 faizdən 4,5 faizə endirib.
Hindistan üçün 2022-ci il üçün artım proqnozunu 7,2 faizdən 7,0 faizə endirən AİB, 2023-cü il üçün proqnozunu 7,8 faizdən 7,2 faizə qədər yenidən nəzərdən keçirib.
Şərqi Asiya üçün 2022 və 2023-cü il üçün artım proqnozlarını 3,8 və 4,5 faizdən 3,2 və 4,2 faizə endirən AİB, Cənubi Asiya üçün 2022-ci il üçün artım gözləntisini 2023-cü il üçün 6,5 faizdə saxlayıb, 2023-ci il üçün 7,1 faizdən 6,5 faizə endirib.
AİB, İndoneziya, Vyetnam və Sinqapur kimi ölkələrin daxil olduğu Cənub-Şərqi Asiya üçün 2022-ci il üçün ÜDM artım proqnozunu 5,0 faizdən 5,1 faizə yüksəldib, 2023-cü il üçün artım gözləntisini isə 5,2 faizdən 5,0 faizə endirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
23 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
























