Tarixi IPO hazırlığı: 9,4 milyard avro gəlir hədəflənir
Lüks avtomobil istehsalçısı Porsche-nin səhmlərinin investorlara ilkin təqdim edilməsi ilə (İPO) bağlı təfərrüatlar məlum olub.
Marja xəbər verir ki, Almaniyanın Volkswagen şirkəti, lüks avtomobil istehsalçısı Porsche AG-nin IPO-da təkliflərin toplanması üzrə qiymət diapazonunu müəyyən edib.
Açıqlamaya görə, IPO üzrə qiymət diapazonu 76,50 - 82,50 avro olaraq müəyyən edilib. Əgər kütləvi təklif bu qiymət aralığının yuxarı hissəsində baş tutsa, Porsche AG-nin ümumi bazar dəyəri 75 milyard avro olacaq.
Volkswagen, Porsche-nin IPO-sundan 9,4 milyard avroya qədər gəlir əldə etməyi hədəfləyir.
Əgər gözləntilər reallaşarsa, bu, 10 ildən artıq müddətdə Avropada və Almaniya tarixində ikinci ən böyük kütləvi təklif olacaq.
Porsche AG-nin cəmi 113 milyon 875 min səhmi investorlara təklif ediləcək. Təklif olunacaq səhmlərin səsvermə hüququ olmayacaq.
Volkswagen Porsche AG səhmlərinin sentyabrın 29-dan etibarən Frankfurt Birjasında ticarətə başlamasının planlaşdırıldığını açıqlayıb.
IPO-nun əvvəlki qiymətləndirməsi 85 milyard avro səviyyəsində müəyyən edilmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
22 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı

























