Neftə güclü dollar təzyiqi
Brent neftinin qiyməti 90 dollardan da aşağı düşüb.Çinin Çenqdu (Chengdu) şəhərində iki həftəlik karantin rejiminin bitməsinin neftə müsbət təsiri dolların güclənməsinin (bahalaşmasının) təzyiqi ilə kölgədə qalıb.
Marja xəbər verir ki, Brent neftinin qiyməti 90 dollardan da aşağı düşərək 89.50 dolları görüb (Bakı vaxtı ilə saat 15:40-a olan məlumat). ABŞ xam neftinin qiyməti isə 85 dollardan aşağı düşərək 83,27 dollaradək geriləyib. Neft qiymətləri bu gün 2%- düşüb.
İnvestorlar ABŞ-dan Avropa və Asiyaya qədər mərkəzi bankların bu həftə sürətlə artan inflyasiyaya qarşı qlobal mübarizəyə hazırlaşmasını izləyəcəklər. Bu həftə FED daxil bir neçə qlobal mərkəzi bankın güclü faiz artıracağı gözlənilir. Fed-in pul siyasətini sərtləşdirməsi Dolların bahalaşmasına səbəb olur.
İqtisadi yavaşlama ilə bağlı narahatlıqlar enerji tələbatını azaldıb və bu səbəbdən xam neft ucuzlaşır.
Analitiklər bildirirlər ki, neft qiymətlərindəki dalğalanmaların ən böyük səbəbi tələb gözləntilərində düzəlişlərlə bağlıdır. Çində karantin rejimlərinin yumşaldılması qiymətlərin yüksəlməsilə nəticələnməyib.
Digər tərəfdən, yüksək enerji qiymətləri Avropanı tənəzzülə sürükləməklə hədələyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
19 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























