Sentyabrın 15-dən qatarların hərəkət qrafiki dəyişdiriləcək
Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə Bakı metropolitenində sərnişin sıxlığı artmağa, sərnişin axını intensivləşməyə başlayıb. Bunu nəzərə alaraq, Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Bakı Metrosunun yaydığı məlumatda bildirilir ki, sentyabr ayının 15-dən metropolitendə hərəkət qrafiki mövsümün və “COVID-19” pandemiyası dövrünün tələblərinə uyğun dəyişdiriləcək. Tətbiq ediləcək yeni optimal qrafikə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq, hərəkəti sıxlaşdırılacaq və interval azaldılacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Onların xəttə verilməsi gündəlik monitorinqlər əsasında müəyyən ediləcək.
İş günlərinin gur saatlarında (səhər 7:30-dan 09:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər) "Həzi Aslanov-28 May" istiqamətində və əksinə qatarlar, metropolitenin maksimal texniki imkanları nəzərə alınmaqla, 2 dəqiqəyə qədər endirilmiş intervalla hərəkət edəcək. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.
Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə Yaşıl və Qırmızı xətlər “28 May" stansiyasında birləşdiyindən "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfəyə qədər artacaq.
Metropoliten sərnişinləri günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən ardıcıl olaraq marşrut göstəricisi üzrə iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini və həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə “Nərimanov” stansiyasından verilməsi və ya xətdən çıxarılmasıdır.
İstirahət və qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.
Buna uyğun olaraq, “Həzi Aslanov-28 May" istiqamətində və əksinə şənbə günləri qatarlar səhər saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar və qeyri-iş günlərində 3 dəqiqə intervalla hərəkət edəcəklər. Bu günlər ərzində də hərəkətin sərnişin sıxlığı və hərəkət intensivliyinə uyğun tənzimlənməsi məqsədilə ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq. Qeyd edilən günlər ərzində əsas hərəkət parametrləri üzrə monitorinqlər xüsusi qaydada təmin ediləcək.
Yeni optimallaşdırılmış qrafik qüvvədə olduğu müddət ərzində qatarların hərəkət cədvəllərinə dəyişiklik edilərsə, ictimaiyyətə əvvəlcədən məlumat təqdim olunacaq. Xüsusi karantin rejimi davam etdiyindən Bakı metropoliteni müntəzəm monitorinqlərində bu və digər məsələləri də nəzərə alacaq.
Qeyd edək ki, “Bakmil” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları, eləcə də müvafiq normativlərə uyğun olaraq, gün ərzində qatarlar “Bakmil” istiqamətində və əksinə olmaqla xüsusi tərtib edilmiş cədvəllə hərəkət edir. Həmin cədvəllər Bakı metropoliteninin stansiyalarında və rəsmi internet saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc olunacaq.
Qrafikin 2023-cü ilin yay aylarına qədər qüvvədə qalması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 34 d. əvvəl
- 35 d. əvvəl
-
-
43 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!

























