"Fitch" Aİ ölkələrinin Azərbaycan qazına tələbi ilə bağlı proqnozunu açıqlayıb
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Avropa İttifaqı (Aİ) ölkələrinin qaz tələbi ilə bağlı proqnozunu açıqlayıb.
Agentliyin yaydığı məlumata görə, Aİ ölkələrində illik təbii qaz tələbi 2022-ci il üzrə 357 (2021-ci ilə nisbətən 10% az), 2023-cü il üzrə isə 339 milyard kubmetr (bu ilə nisbətən 5% az) proqnozlaşdırılıb.
"Fitch Ratings"in proqnozuna görə, Aİ ölkələrinin Azərbaycan qazına tələbi bu il və 2023-cü il üzrə 12 milyard kubmetr təşkil edəcək. Başqa sözlə, Azərbaycan qazı ixrac həcminə görə, LNG (mayeləşdirilmiş təbii qaz), Norveç və Afrika ölkələrindən sonra dördüncü yerdə qərarlaşıb.
Agentliyin proqnozuna görə, Rusiyanın "Şimal axını 1" kəməri ilə qaz ixracını dayandırması fonunda Aİ ölkələri LNG idxalını bu il üzrə 121 milyard kubmetrə, 2023-cü il üzrə isə 155 milyard kubmetrə qədər, Afrika ölkələrindən qaz idxalını bu il 43 milyard kubmetrə, gələn il isə 46 milyard kubmetrə qədər artıracaq. "Fitch Ratings" hesab edir ki, alternativ qaz tədarükünün artırılması, xüsusilə rekord mayeləşdirilmiş təbii qaz idxalı və 2021-ci illə müqayisədə 2023-cü ildə qaz istifadəsinin 15% azaldılması ilə bağlı plan Aİ ölkələrində qaz qıtlığının qarşısını almağa kömək edəcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 5 d. əvvəl
-
-
44 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
Dollar bazar ertəsi ucuzlaşıb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
























