Güclü dollar ABŞ üçün pisdir?
Allianz SE-nin baş iqtisadi müşaviri və Bloomberg rəyinin müəllifi Mohamed El-Erian, "Dollar digər valyutalara nisbətən daha da bahalaşdıqca, qlobal staqflyasiya riski bir o qədər artır. Bu, son nəticədə ABŞ iqtisadiyyatına mənfi təsir edəcək" deyib."Allianz SE"nin baş iqtisadi müşaviri və Bloomberg-in yazarı Mohamed El-Erianın fikrincə, dolların bahalaşması ABŞ-da inflyasiya ilə mübarizəyə kömək etsə də (milli valyutanın güclənməsi idxal inflyasiyasını azaldır), bu, qlobal iqtisadiyyata mənfi təsir göstərə və daha sonra ABŞ iqtisadiyyatı üçün mənfi hal ola bilər.
Marja xəbər verir ki, dollar indeksinin 2000-ci illərin əvvəllərindən bəri ən yüksək səviyyəyə qalxdığına diqqət çəkən El-Erian, bu hərəkətin avro və sterlinqdəki ucuzlaşma ilə bağlı olduğunu bildirib. Avro və funt-sterlinqin ucuzlaşması əsasən Avropadakı enerji böhranı ilə əlaqədardır.
Avropa iqtisadiyyatının enerji təchizatı problemlərinə ABŞ-dan çox daha həssas olduğunu vurğulayan El-Erian dolların bahalaşmasının təəccüblü olmadığını bildirib. El-Erian, daha əvvəl bu cür hərəkətlərin “siyasi reaksiyaya” səbəb olacağını və sonra digər ölkələrin valyutalarını daha rəqabətli etmək üçün qəsdən devalvasiya edəcəklərini bildirib.
“Qlobal staqflyasiya son nəticədə ABŞ-a mənfi təsir edəcək”
Dolların bahalaşmasının "anti-inflyasiya" təsirlərinin ABŞ iqtisadiyyatını hələlik rahatlaşdıracağını bildirən El-Erian, bu yüksəlişlə əlaqədar qlobal iqtisadiyyatın mümkün mənfi təsirləri barədə xəbərdarlıq edib.
“Dolların digər valyutalara nisbətdə bahalı olması nə qədər uzun və yüksək olarsa, qlobal staqflyasiya riski, inkişaf etməkdə olan ölkələrdə borc problemləri, malların sərhədlərdən sərbəst hərəkətinə daha çox məhdudiyyətlər, kövrək iqtisadiyyatlarda daha böyük siyasi qarışıqlıq və daha böyük geosiyasi münaqişələr riski də bir o qədər artar. Bütün bunlar son nəticədə ABŞ iqtisadiyyatına təsir edəcəkdir”, -El. -Erian deyib.
Staqflyasiya - inflyasiya və işsizliyin eyni anda baş verməsi halını ifadə edir. Bu zaman iqtisadi inkişaf yavaşlamağa və işsizlik səviyyəsi yüksəlməyə başlayır.[1] Başqa perspektivdən, bir iqtisadiyyatda inflasiya yüksəkdirsə buna rəğmən iqtisadiyyat böyüyə bilmirsə, yəni sıfıra yaxın real böyümə müşahidə edilirsə, o iqtisadiyyatda staqflyasiya (inflasiya içində durğunluq) halının mövcudluğu güman edilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 2 d. əvvəl
-
-
41 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
59 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
Dollar bazar ertəsi ucuzlaşıb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"























