"İran tezliklə bazara çıxa biləcək nəhəng neft yüklü donanma yaradıb"
ran tərəfi Avropa neft bazarında Rusiyadan sonra qalan “boşluğu doldurmağı” planlaşdırır.İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) bərpa olunarsa və ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi neft sanksiyaları yumşaldılarsa, İran yanacağı ilə yüklənmiş nəhəng donanma dünya neft bazarlarına çıxa bilər.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg agentliyi Kpler analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumatda Fars körfəzində, Sinqapur sahillərində və Çin yaxınlığında gəmilərdə saxlanılan 93 milyon barel İran nefti və qaz kondensatına, eləcə də İranın quru anbarlarında neft ehtiyatlarına diqqət çəkilib. Bütövlükdə, bu ehtiyatlar, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, bu ilin orta gündəlik qlobal tədarükü ilə müqayisə edilə bilər - gündə 100 milyon barel. Bloomberg qeyd edir ki, JCPOA üzrə razılıq əldə olunarsa, onlar qısa müddətdə alıcılara göndərilə bilər.
JTD Energy Services-in direktoru John Driscoll, "İran tezliklə bazara çıxa biləcək nəhəng neft yüklü donanma yaradıb" deyib. Bununla belə, onun fikrincə, Tehrandan sanksiyalar götürülərsə, sığorta və nəqliyyat məsələlərinin həllinə, həmçinin spot və fyuçers sövdələşmələrinin təşkilinə “müəyyən vaxt” sərf oluna bilər.
Driscoll bildirib ki, uzunmüddətli perspektivdə İran hasilatı bərpa etməyə və xaricə satışları artırmağa çalışacaq. O vurğulayıb ki, İran tərəfi Avropa neft bazarında Rusiyadan sonra qalan “boşluğu doldurmağı” planlaşdırır. Tehranı maraqlandıran ölkələr arasında Yunanıstan, İspaniya, İtaliya və Türkiyə var. Analitik hesab edir ki, İran bir sıra güzəştlərə getdərək, Asiya bazarında da öz mövqeyini bərpa etməyə cəhd edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
-
- 37 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























