Nobel mükafatlı iqtisadçı: Faizlərin daha çox artırılması inflyasiyanı pisləşdirə bilər
Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitz xəbərdarlıq edib ki, faiz dərəcələrinin artırılması təkliflə bağlı problemləri həll etmək əvəzinə, onu dərinləşdirə və inflyasiyanı pisləşdirə bilər.
Marja xəbər verir ki, Cozef Stiqlitz, təklif yönlü inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini çox aqressiv artıran mərkəzi bankların qiymət artımlarına (inflyasiyanın daha da yüksəlməsinə) səbəb olduqlarını bildirib.
Bloomberg News-a danışan Kolumbiya Universitetinin professoru Stiqlitz deyib: “Faizlərin artırılması təklif tərəfindəki problemləri həll etmir. Bu, hətta vəziyyəti daha da pisləşdirə bilər, çünki tədarük çatışmazlığını aradan qaldırmaq üçün daha çox investisiya qoyulmalıdır. Lakin faiz dərəcələrinin artırılması bu investisiyaları çətinləşdirir".
Stiqlitz, standart faiz təklif edən iqtisadi modellərin daha çox inflyasiyaya səbəb ola biləcəyini deyib.
ABŞ-ın mənzil bazarına toxunan Stiglitz, ev sahiblərinin yüksək faiz xərclərini kirayəçilərə ötürməklə qiymət artımını "qidalandırdıqlarını" bildirib.
“Faizlərin artırılması daha çox ərzaq və enerji istehsalına və təchizat problemlərinin həllinə necə kömək edə bilər? Bunun töhfə verəcəyini düşünmürəm. Uçot dərəcəsinin artırılması problemləri həll etmir, bu, vəziyyəti daha da pisləşdirmək riskini daşıyır",- Stiqlitz əlavə edib.
Qeyd edək ki, hazırda dünyada müşahidə olunan yüksək inflyasiyanın böyük hissəsi təklif çatışmazlığından qaynaqlanır. Adətən mərkəzi banklar tərəfindən faizlərin artırılması tələbin artmasından qayanaqlanan inflyasiyanın aşağı salınması zamanı effektli olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
5 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
-
- 37 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















