Avropada qazın qiymətində martın əvvəlindən bəri bir ilk - 5000 DOLLARA YÜKSƏLƏ BİLƏR
Londonun ICE birjasının məlumatına görə, çərşənbə günü ticarət zamanı Avropada qazın qiyməti martın 8-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 3100 dolları ötüb. Günün əvvəlindən qazın qiymətində ümumi artım 16% təşkil edib.
Marja xəbər verir ki, sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 3113 dollara yüksəlib (və ya MVt/saat üçün 302 avro).
Qazın qiymətinin yüksəlməsinə, Rusiyanın "Qazprom" şirkətinin “Şimal axını” ilə tədarükü avqustun 31-dən etibarən üç gün müddətinə dayandıracağı barədə açıqlaması səbəb olub.
Bundan əlavə, Amerikanın "Freeport LNG" şirkəti bildirib ki, baş vermiş qəzadan sonra LNG terminalının fəaliyyətini noyabrın əvvəlində və ya ortalarında qismən bərpa etməyi, 2023-cü ilin martında isə tam bərpa etməyi gözləyir. Bundan əvvəl müəssisənin oktyabr ayında fəaliyyətini bərpa etmək, 2022-ci ilin sonunadək isə tam gücü ilə işləmək planlaşdırılırdı. Freeport LNG müəssisələrinin gücü ildə 15 milyon ton LNG səviyyəsində qiymətləndirilir (ABŞ-ın ümumi ixracının təxminən 16%-i).
2022-ci il martın 7-də qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün təxminən 3900 dollara çatıb. “Qazprom” bu qış Avropada qazın qiymətinin 1000 kubmetr üçün 4000 dollardan yuxarı qalxa biləcəyini istisna etməyib.
Ekspertlər qışda qazın qiymətinin kəskin soyuq olması və anbarda ehtiyatların azalması halında1000 kubmetr üçün rekord həddə - 5000 dollara qalxacağını gözləyirlər.
“Şimal axını” ətrafında vəziyyət haqqında
İyulun 27-dən “Şimal axını” qaz kəməri bir neçə qaz turbininin dayanması səbəbindən maksimum gücün 20%-i həcmində istifadə edilib. Onlardan biri - Kanadada "Siemens Energy" tərəfindən hazırlanmışdır - təmir üçün Monreala göndərilib. Kanadanın Rusiyaya qarşı sanksiyaları səbəbindən istehsalçı onu geri qaytarıb. Həmçinin “Qazprom” daha bir qaz turbinli mühərrikin məcburi dayandırıldığını elan edib. Beləliklə, yalnız bir turbin işlək vəziyyətdə qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
4 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
-
- 36 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb

























