Rusiyada inflyasiya düşüb
İyulda Rusiyada illik inflyasiya 15,1%-ə enib. Rosstatın məlumatına görə, iyulda ərzaq məhsullarının qiymətləri iyun ayı ilə müqayisədə 1,53% ucuzlaşıb və illik ifadədə 16,76% artıb.Rusiyada 2022-ci ilin iyulunda illik inflyasiya iyundakı 15,9%-dən 15,1%-ə enib.
Marja "Rosstat"ın məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri aylıq olaraq 0,39% azalıb (deflyasiya qeydə alınıb).
2022-ci ilin iyul ayında ərzaq məhsulları 2021-ci ilin iyul ayı ilə müqayisədə 16,76% bahalaşıb, iyun ayı ilə müqayisədə isə 1,53% ucuzlaşıb. Qeyri-ərzaq məhsulları illik ifadədə 16,5% bahalaşıb, aylıq ifadədə 0,44% ucuzlaşıb. Xidmətlərin dəyəri iyul ayı ilə müqayisədə 1,41%, illik ifadədə isə 10,75% artıb.
İyul ayında meyvə-tərəvəzin maya dəyərinin azalması ərzaq məhsullarının qiymət dinamikasına əhəmiyyətli təsir göstərib. Belə ki, ağ kələm 33,2 faiz, kartof 27,6 faiz, çuğundur 27,1 faiz, üzüm 15,7 faiz, banan 14,2 faiz, pomidor 14 faiz, yerkökü 13,3 faiz, armud 11 faiz, ucuzlaşıb, portağal 8,9 faiz, sarımsaq 8,5 faiz, xiyar 7,7 faiz, alma 5,9 faiz, soğan 4 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
4 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























