Sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır, onlar hazırlıq keçərək şəhadətnamə almalıdır - YENİ QAYDALAR
Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli müvafiq Qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları” təsdiq edilib.
Marja Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək.
Qaydalara əsasən sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Daşıyıcının məsul şəxsi və sürücüləri peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçərək şəhadətnamə almalıdır. Operator işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verməlidir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı uğur üçün mühüm faktor olaraq insan kapitalının önəmini təsdiq edir.
Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində daşıyıcılara dəstək göstərməyə və onların inkişafına kömək etməyə hazırdır. Avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklərlə bağlı təkliflər hazırlanmış və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 2 d. əvvəl
-
-
10 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 28 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!



























