"Rusiyanın mebel bazarında ciddi boşluq var"
Ukraynaya hücumundan sonra Rusiyaya tətbiq edilən embarqolar ilə əlaqədar olaraq bu ölkədə 4 fabriki olan IKEA fəaliyyətini azaldıb. Rusiya xaricdən, o cümlədən Türkiyədən mebel idxalını artırıb.
Marja xəbər verir ki, Türkiyənin Rusiyaya mebel ixracı yanvar-iyun dövründə 88,1% artaraq 65 milyon dollara çatıb.
Sənaye nümayəndələri Rusiyadan tələbatın artmaqda davam edəcəyini bildiriblər.
Mebel Sənayesi İş Adamları Dərnəyi (MOBSAD) sədri Nuri Gürcan, AA müxbirinə verdiyi açıqlamasında, 2021-ci ili 4,3 milyard dollarlıq ixracla bağlayan mebel sənayesinin bu ilin ilk yarısında 2,4 milyard dollarlıq ixracat etdiyini söyləyib.
Daxili bazardakı durğunluq səbəbiylə ixraca fokuslanan şirkətlərin, tədarük problemi səbəbilə Çindən Türkiyəyə tələbin dəyişməsindən sonra imkanlarını sürətlə artırdıqlarını qeyd edən Gürcan, bu dövrdə hər bir bazarın düzgün qiymətləndirilməsinin vacibliyinə diqqət çəkib.
Fransa, ABŞ və Almaniya kimi yüksək əlavə dəyəri olan ölkələrə ixracın artdığını qeyd edən Gürcan, Ukrayna müharibəsi ilə əlaqədar Rusiya bazarında ciddi boşluq olduğunu bildirib.
Nuri Gürcan, mebel nəhənglərindən biri olan IKEA-nın çıxış prosesinin Türkiyə istehsalçılarına Rusiyaya ixracatını artırmaq üçün fürsətlər təqdim etdiyini qeyd edərək deyib:
"Türkiyə Rusiyanın mebel idxal etdiyi ölkələr arasında 8-ci yerdədir. Keçən il bu ölkəyə 40 milyon dollara yaxın ixracat etdiyimiz halda, ilk yarıda bu rəqəmi üstələdik. İlk 6 ayda 88,1 faiz artımla 65 milyon dollara çatdıq. İlk dəfə 100 milyon dollardan çox ixracatla rekorda imza atacağımızı düşünürük. Rusiyada yüksək dizayn dəyərinə malik məhsullara maraq böyükdür. İdxal məhsullarına, xüsusən də Rusiyada böyük maraq var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
24 d. əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
38 d. əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
3 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb





















