Mərkəzi Bankdan 485 milyon dollarlıq alış
2022-ci ilin təxminən 7 ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta bazarından alışlarının cəmi məbləği 485 milyon ABŞ dolları təşkil edib.
Marja xəbər verir ki, bunu onlayn rejimdə keçirilən mətbuat konfrasında Mərkəzi Bankın Baş direktoru Əli Əhmədov bildirib.
Əli Əhmədov qeyd edib ki, bu rəqəm İyulun 28-nə olan məlumatdır.
Mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazimov bildirib ki, xarici sektor göstəricilərinin yaxşılaşması (tədiyyə balansının profisitinin artması) valyuta bazarında təklifin kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil edilən valyuta hərraclarında tələbin azalmasına səbəb olur.İyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələmişdir:
"İyulun 28-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun qənaəti son 4 ilin maksimumu səviyyəsinə çatmışdır. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələmişdir. İyunda banklar tərəfindən valyutanın xalis alışının məbləği son 7 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil etmişdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 12 d. əvvəl
- 25 d. əvvəl
-
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























