Azərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşır
Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 2 milyon nəfəri ötmüşdür.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumata görə, cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilmişdir ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96%-ni təşkil edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınmışdır. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirmişdir. Bundan əlavə, qeyd edilən ayda “Salam Air” aviaşirkəti Muskat/Maskat şəhərindən Bakıya birbaşa reyslər açmışdır.
İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülmüşdür.
Bu mükafat, öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
- 15 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb



























