Azərbaycan və Ermənistan Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə edib
Azərbaycan və Ermənistan Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə edib, təkcə yolun 6 kilometrlik hissəsini razılaşdırmaq qalır. Bu barədə Rusiyanın “İzvestiya” qəzetinə yüksək vəzifəli mənbə məlumat verib.
“Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə ekspertlər göndərir ki, onlar sadə mühəndis həlli yollarını təklif etsin”, - deyə mənbə bildirib.
O qeyd edib ki, tərəflər arasında razılaşma Rusiyanın iştirakı ilə əldə olunub.
Avtomobil yolu Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq. Həmin yollar gələcək dəhlizin bütün xətti boyu qalıb və yalnız Ermənistanla Naxçıvanın sərhəd xəttindəki hissə qalır.
“Emənistan tərəfi bu ilin martında Bakının Tehranla Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisi ilə Naxçıvana gedəcək yolun inşası barədə memorandum imzalamasından sonra danışıqlar prosesini sürətləndirib”, - deyə mənbə vurğulayıb.*
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 d. əvvəl
- 19 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























