Gürcüstanda inflyasiya daha da yüksəlib
Gürcüstanda inflyasiya may ayında 13,3%-ə yüksəlib. 2021-ci ilin martından ölkədə inflyasiya ildən-ilə yüksəlməkdədir.Gürcüstanda bu ilin may ayında illik inflyasiya 13,3% təşkil edib.
Marja Gürcüstan Milli Statistika Xidmətinin cümə günü dərc etdiyi statistik məlumatlara istinadən xəbər verir ki, bir ay əvvəl bu göstərici 12,8% təşkil etmişdi.
May ayında ən çox meyvə və üzüm (13%), çörək və çörək məhsulları (4,8%), dəniz məhsulları (1,8%), yağlar (1,6%), mineral, bulaq suları, sərinləşdirici içkilər və təbii şirələr (1,2%) bahalaşıb. Eyni zamanda, Gürcüstanda süd, pendir və yumurta ucuzlaşıb (-4,5%).
2021-ci ilin mart ayından Gürcüstanda illik inflyasiya artmaqdadır. İnflyasiya proseslərini cilovlamaq üçün ölkənin Milli Bankı yenidən maliyyələşdirmə dərəcəsini illik 11%-ə çatdırmaqla pul siyasətini sərtləşdirməyə başlayıb.
Gürcüstan Milli Bankı ümid edirdi ki, 2022-ci ilin sonuna qədər inflyasiyanın səviyyəsi 3%-lik hədəfə düşəcək, lakin Ukrayna ətrafındakı vəziyyətə görə, bu, açıq-aydın əldə edilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

























