“Bizim qaz potensialımız “Şahdəniz”lə məhdudlaşmır, digər yataqlar da çox perspektivlidir”
Regional enerji təhlükəsizliyi məsələlərində mühüm mərhələdir və təbii ki, bu, Azərbaycanla qonşuları olan Türkiyə və Gürcüstan arasında regional əməkdaşlığı gücləndirir.
Bunu bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, planlar daha böyükdür: “Təbii ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istismar etmək istəyirik, bunun üçün isə təbii ki, bizə yeni kəmər lazımdır.
Mən deyərdim ki, XXI əsrin kəməri Cənub Qaz Dəhlizidir. 2020-ci ilin son günündə uğurla başa çatan Cənub Qaz Dəhlizi ümumi iradəmizi, komanda şəklində işləyə biləcəyimizi və böyük uğurlar qazana biləcəyimizi nümayiş etdirir. Dənizin dibi ilə bir çox ölkələri keçərək, yüksək dağları aşaraq keçən 3 500 kilometrlik vahid boru kəməri sistemi potensialımızın və dostluğumuzun nümayişidir. Ona görə də Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və ilkin mərhələdə regional əməkdaşlıq üçün çərçivə yaradan enerji layihələri indi qlobal enerji layihəsinə çevrilib. Cənub Qaz Dəhlizi bizim fəxr edə biləcəyimiz layihədir və eyni zamanda, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağından hasilatı artırmağa imkan verir və bu, baş verir. Və cəmi bir il beş aydır ki, Azərbaycan öz qaz ehtiyatlarını transformasiya etmək üçün bu tamamilə yeni model infrastrukturdan istifadə edir, lakin artıq o, öz milli resurslarımızla Avropa qitəsində mövcudluğumuzu genişləndirib”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan hasilatı və ixracı artıra bilib, ötən il Azərbaycan 22 milyon kubmetr təbii qaz ixrac edib: “Bu il üçün proqnozumuz 24 milyon kubmetrdir, gələn il isə daha çox olacaq. Hasilatın fəaliyyətindən, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yatağın işə düşməsindən asılı olaraq müxtəlif rəqəmlər ola bilər. Çünki bizim qaz potensialımız təkcə “Şahdəniz”lə məhdudlaşmır, digər yataqlar da çox perspektivlidir, onların bəziləri gələn il hasilata başlayacaq və bu, mühüm töhfə olacaqdır. Xüsusən də indi Azərbaycanın karbohidrogenlərinə tələbat əvvəlkindən daha çox olduğu bir vaxtda. Biz də məsuliyyətli ölkə olaraq bunu nəzərə alırıq və müxtəlif səbəblərdən çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. İndi də Azərbaycanın müvafiq strukturları getdikcə artan ölkələrlə daimi təmasdadır. Biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində işləyərkən kəmərin keçdiyi regionun bütün ərazisindəki ölkələrlə, o cümlədən beynəlxalq maliyyə institutları ilə, təbii ki, enerji şirkətləri və aparıcı ölkələrin hökumətləri, həmçinin Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşuq. Beləliklə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il fevral ayında Bakıda keçirilən illik toplantısı bu komanda işinin bariz nümunəsidir. Və bu ilin fevralın 4-də biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik iclasını keçirdik. Biz əslində elə bilirdik ki, planlarımızın böyük hissəsi artıq həyata keçirilib, Cənub Qaz Dəhlizi artıq fəaliyyətdədir. İndi bizə yalnız yeni körpüləri necə tikmək, yeni əlaqələri və interkonnektorları necə qurmaq və Avropa qaz bazarında mövcudluğumuzu necə genişləndirmək üzərində işləmək lazımdır”.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
16 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
16 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
17 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















