FAO 2021-ci ildə qlobal ərzaq qiymətlərinin rekord səviyyədə olacağını proqnozlaşdırır
Qlobal ərzaq idxalı 2021-ci ildə rekord həddə çataraq 1,75 trilyon dollar təşkil edəcək ki, bu da 2020-ci ilə nisbətən 14% və 2021-ci ilin iyununda proqnozlaşdırılandan 12% yüksəkdir.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dərc etdiyi "Ərzaq proqnozu" adlı hesabatda deyilir.
Mütəxəssislər bu artımı “beynəlxalq bazarda ərzaq məhsullarının bahalaşması, həmçinin nəqliyyat xərclərinin 3 dəfə artması” ilə izah edirlər.
Hesabatda qeyd olunur ki, inkişaf etməkdə olan regionlar ümumi idxalın 40%-ni təşkil edir.
Təşkilat ərzaq idxalının ümumi dəyərinin ötən illə müqayisədə 20% artacağını proqnozlaşdırır. Bununla belə, təxmin edilir ki, aşağı gəlirli ərzaq defisiti olan ölkələrdə “artan ərzaq idxalından daha yüksək xərclər hesabına” daha da sürətli artım gözlənilir.
“İnkişaf etməkdə olan regionlar taxıl, heyvan mənşəli piylər, bitki yağları və yağlı bitkilər kimi əsas ərzaq məhsullarının qiymətlərində kəskin artımlarla üzləşir, inkişaf etmiş bölgələrdə isə qiymət artımları əsasən meyvə-tərəvəz, balıq məhsulları, içkilər və digər yüksək əlavə dəyərli məhsul kateqoriyalarında müşahidə olunur", - hesabatda deyilir.
FAO-nun Ərzaq Qiymətləri İndeksi artıq bir ildən çoxdur ki, yüksəlir. İyun və iyul aylarında 12 ayda ilk azalma qeydə alınıb, lakin avqustda ardıcıl üçüncü aydır ki, davam edən artım tendensiyası qayıdıb. Ekspertlərin izah etdiyi kimi, qiymətlər pandemiyanın başlaması ilə enişdən sonra artmağa başlayan tələb və təklif nisbətindən formalaşır. FAO-nun baş iqtisadçısı Abdolreza Abbassian bildirib ki, artan enerji və ərzaq qiymətlərinin birləşməsi narahatlıq doğurur və uzunmüddətli perspektivdə problemlərə səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























