Nomura: Qida qiymətləri inflyasiya böhranına səbəb ola bilər
ABŞ-da inflyasiya məlumatları qlobal səviyyədə inflyasiyaya dair narahatlıqları daha da artırıb.
Yaponiyanın iri maliyyə holdinqi Nomura, enerji qiymətlərindəki güclü artımın, böyük iqtisadiyyatlarda inflyasiyanı yüksəltdiyini və mərkəzi bankların buna hazırlıqsız olduğunu, növbəti təzyiq qaynağının isə qida qiymətləri ola biləcəyi xəbərdarlığını edib.
Marja xəbər verir ki, Nomura-nın analitikləri, "Qida məhsulları, İstehlakçı Qiymətləri İndeksində (inflyasiya göstəricisi) enerjidən daha çox xüsusi çəkiyə malikdir və bu vəziyyət xüsusilə inkişaf edən bazar iqtisadiyyatlarında daha yüksəkdir. Növbəti böhranın toxumları hal-hazırda qida qiymətləri ilə səpilmiş ola bilər. Yüksək enerji qiymətlərinin qida üzərində ehtimalla güclü ikinci dövr təsirləri olacaq", - şərhini ediblər.
ABŞ-da istehlakçı qiymətləri indeksi keçən ay 1990-cı ildən bəri ən sürətli nidbətdə artıb, Çində istehsalçı qiymətləri inflyasiyası 26 ilin ən yüksək səviyyəsinə qalxıb.
Nomura, Covid böhranından belə əvvəl, qida qiymətlərində güclü bir artıma işarə edən təməl tələb-təklif faktorları olduğunu qeyd edərək, bu kimi dinamikaların pandemiya və enerji xərclərindəki artım ilə gücləndiyinə diqqət çəkib.
Qlobal qida qiymətlərində 2022-ci ilin sonuna qədər 15% artımın reallaşdığı fərziyyəsinə əsaslanan ssenariyə görə, analitiklər, yüksələn inflyasiya proqnozlarının mərkəzi bankları "daha erkən və daha sürətli sərt siyasətə" yönəldə biləcəyini qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























