Nokia Mercedes-in sahibini “başa salıb”
Daimler korporasiyası qocaman texnologiya nəhəngi ilə dil tapa bilib.Almaniyanın ikinci, dünyanın altıncı ən iri avtomobil istehsalçısı, Mercedes-Benz kimi lüks brendlərin sahibi Daimler Korporasiyası bir zamanların məşhur mobil telefon istehsalçısı, Finlandiyanın transmilli telekommunikasiya, İT və elektronika şirkəti Nokia ilə 2 ildir davam edən “texnologiya müharibəsi”nə son qoyub.
Marja xəbər verir ki, tərəflər ötən ildən davam edən məhkəmə çəkişməsini bitirərək, məsələni öz aralarında həll etmək qərarına gəlib.
Xatırladaq ki, ötən il Daimler Nokianın avtomobillərin naviqasiya və əyləncə sistemlərini internetə qoşan və yarım-avtonom idarəetmə funksiyalarını dəstəkləyən 3G və 4G lisenziyalarını almaqdan imtina etmiş, Nokianın bu lisenziyaları bəzi tədarükçülərə pulsuz verməli olduğu iddiası ilə Almaniya məhkəmələrinə müraciət etmişdi.
Nokia isə əks-iddia ərizəsində Daimlerə ədalətli qiymət təklif etdiyini və innovasiyalara xərclədiyi milyardlarla vəsaiti geri tələb etmək hüququnun olduğunu bildirmişdi. Daimlerin ziyanına cərəyan edən məhkəmə prosesi hətta iri avtomobil istehsalçısı üçün Nokia texnologiyalarına bağlı olan modellərin istehsalını dayandırmaq və iri həcmli təzminat ödəmək təhlükəsi yaratmışdı.
Nəhayət, Daimler prosesin onun xeyrinə bitməyəcəyini anlayaraq, Nokia ilə razılığa gəlməyin daha məqsədəuyğun olmasına qərar verib. “Bu razılaşma bir daha bizim patent portfelimizin keyfiyyətini, Nokianın avtomobil sənayesi üzrə tədqiqata töhfəsini və lisenziya proqramı üçün yeni inkişaf imkanlarını təsdiqləyir.” - Nokia Technologies-in prezidenti Jeni Lukander bildirib.
Daimler isə bircə cümləlik açıqlamasında bəyan edib: “Biz iqtisadi nöqteyi-nəzərdən və uzun sürən məhkəmə çəkişməsindən yorulduğumuz üçün məsələnin həllini dəstəkləyirik.” Tərəflərin heç biri razılaşmanın maliyyə detallarını açıqlamayıb.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 15 d. əvvəl
-
- 18 d. əvvəl
- 27 d. əvvəl
-
33 d. əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
39 d. əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 40 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir




















