Azərbaycanın ilk rübdəki neft hasilatı açıqlandı
2021-ci ilin I rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 8,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 552 min ton az olub. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bu dövrdə respublika üzrə neft hasilatının 5,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 959 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 7,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsium, 370 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 320 min ton, yəni 4 faiz azdır.
Cari ilin yanvar-mart aylarında ölkədə 10,4 milyard kub metr qaz hasil edilib. Qazın 3,4 milyard kub metri AÇG-dən, 5,1 milyard kub metri “Şahdəniz” yatağından, 1,9 milyard kub metri isə SOCAR tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 407 milyon kub metr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 5 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5 faiz çoxdur. Bu ilin ilk 3 ayı ərzində 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8 faiz çox, yəni 3 milyard kub metr, Avropaya təqribən 1,1 milyard kub metr, Gürcüstana isə 784 milyon kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 27 milyon kub metr qaz verilib. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,4 milyard kub metr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2021-ci il tarixinədək təqribən 561 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 530 milyon ton xam neft, “Şahdəniz”dən isə 31 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 aprel tarixinədək təqribən 560,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Yataqlar istismara veriləndən cari ilin 1 aprel tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 180 milyard kub metr, “Şahdəniz”dən isə 140 milyard kub metr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 95 milyard kub metri ixraca nəql edilib.
Ölkədə neft emalı 2021-ci ilin yanvar-mart aylarında 1,4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 93 min ton az olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 13 d. əvvəl
- 22 d. əvvəl
-
-
55 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA























