“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Avrozonada 750 milyard avroluq yenidən qurma fondu ətrafında qeyri-müəyyənliyin artması, avronun yenidən təzyiq görərək, ucuzlaşmasına səbəb olub. Beləliklə, artıq 1.19$-ın altında ticarət edilən EUR/USD məzənnəsi, 1.18$-a kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan və cümə günü saat 13:00-da Avrozonada dərc ediləcək inflyasiya göstəriciləri də bu həftə önəmli olacaqdır.
GBP.
İngiltərə iqtisadiyyatı fonunda risklərin mövcudluğu, funt sterlinqin də təzyiq altında qalmasına səbəb olur. Bu, GBP/USD məzənnəsinin 1.36$-a kimi dəyər itirməsinə səbəb ola bilər.
Çərşənbə axşamı saat 10:00-da İngiltərənin iqtisadi inkisaf, ticarət və sənaye sektoruna dair yeni göstəricilərin açıqlanması da diqqət mərkəzindədir.
TRY.
TCMB-nin cümə axşamı saat 15:00-da dərc ediləcək yeni faiz qərarı öncəsi USD/TRY məzənnəsində üfüqi istiqamətli dalğalanma müşahidə olunur. Qiymətdə növbəti istiqaməti isə əsas faizin 19%-ın üzərində və ya altında qalacağından asılı olacaqdır.
OIL.
Beynəlxalq enerji birjalarında isə Avropanın Brent neftinin gələcək günlər ərzində 63 - 59$ aralığında dalğalanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın da korreksiyasına səbəb olur. İkinci dalğasının başladığı müşahidə edilən bir unsiya üzrə qiymət, 1740$-ın (56 $/qram) altında qaldıqca, 1708$-a (54.9 $/qram) kimi də dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"






















