"Yaxın vaxtlarda Füzuli rayonundan çox yaxşı xəbərlər gələcək”
"Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək""Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan almaq və böyük əraziləri nəzarət altına almaqdır. Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonun 5 kəndi işğalçılardan azad edildi. Deyə bilərəm ki, həm şimal, həm cənub istiqamətlərində, həm də şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir. Bizim uğurlu əməliyyatımız davam edir. Əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir. Bu günə qədər 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi, şəhərlər və kəndlər işğalçılardan azad edilib. Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək".
Marja xəbər verir ki, bunu Türkiyənin NTV kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib: “Cəbrayılın kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda Füzuli rayonunun bir çox kəndlərini biz işğalçılardan azad etdik. Əminəm ki, yaxın vaxtlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 d. əvvəl
- 35 d. əvvəl
-
- 55 d. əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb

























