Bakıda elektrik və külək ilə işləyən avtobusların istehsalına başlanacaq
Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobusların istehsalı başlanacaq.
Yeni avtobuslar özəlliyi onların günəş və külək enerji ilə hərəkət etməsidir. Avtobusun istehsalı İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.
İstehsalın təşkilatçısı olan "RD SMART" MMC şirkətinin rəhbəri Sabri Candemir bildirib ki, avtomobilin bütün detallaorı Azərbaycanda istehsal olunur.
Şirkətin Pirallahı Texnologiyalar Parkında və Badamdarda bir neçə istehsal sahəsi var.
14 nəfərlik tutumu orlan yeni avtobuslar tamamilə elektriklə, günəş və külək enerjisi ilə işləyəcək.
Bunun üçün avtobusların damında günəş panelləri və külək enerjisi quürğusu - külək turbini var. Avtobus hərəkət etdikdə bu turbinlər hə hərəkət edərək avtobusun işi üçün enerji hasil edəcək.
Nəticədə avtobuslar günəş və külək olduqda faktiki olaraq daimi hərəkət edə biləcəklər. Birdəfəlik tam enerji yığmaqla isə 60 kilometr gedə biləcək. Bu da şəhər və rayonların daxili üçün əlverişli göstəricidir.
Avtobusların istehsalı ilə məşğul oldan komanda bütünlüklə azərbaycanlılardan ibarətdir. Qarşıdakı 2-3 həftədə avtobusun testləri başlayacaq. Daha sonra isə onun kütləvi istehsalına start veriləcək.
Yeni avtobus şirkətin bir qədər əvvəl istehsal etdiyi və ilk dəfə İsmayııllıda quraşdırılan ağıllı dayanacaqlar üçün nəzərdə tutulub. İlk avtobusda İsmayııllıdakı iki ağıllı dayanacaq arasında xəttə buraxılacaq.
Sözügkedən şirkət indiyədək Azərbaycandakı istehsal sahələrinə 13 milyon manata yaxın yatırım edib.
©️ FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 34 d. əvvəl
-
- 54 d. əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb


























