“Akkord”un Gürcüstanda inşa etdiyi dairəvi avtomobil yolu istifadəyə verilib
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gürcüstanda inşa etdiyi beynəlxalq əhəmiyyətli avtomobil magistralının bir hissəsi istifadəyə verilib.
Magistralın açılış mərasimində Gürcüstanın Baş naziri Giorgi Qaxaria, dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov, Akkordun Gürcüstan nümayəndəliyinin rəhbəri Məzahir Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.
M.Abdullayev görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Akkord “Şərq-Qərb” beynəlxalq avtomobil magistralının (E-60) tərkib hissəsi olan Samtredia-Grigolote hissəsində tikinti işlərinin aparılması ilə bağlı tenderin qalibi olub.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında Kutaisi-Samtredia 4 zolaqlı dairəvi avtomobil yolunun (3 km 13 + 400 - km 30 + 000) modernləşdirilməsi barədə 2018-ci il dekabrın 28-də imzalanmış müqavilə əsasında magistralın tərkib hissəsi olan Kutaisi dairəvi yolunun inşası həyata keçirilib.
Ümumi uzunluğu 17 kilometr olan yolun bu hissəsinin tikintisinə 2019-cu il martın 5-də başlanılıb. Yolun 2021-ci ilin yanvarın 3-də istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Lakin “Akkord” tikinti işlərini sürətlə və keyfiyyətlə həyata keçirərək layihə üzrə nəzərdə tutulmuş işləri 6 ay tez başa çatdırıb.
Baş nazir Giorgi Qaxaria görülən işləri yüksək qiymətləndirib, kollektivə təşəkkür edib.
Bildirib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Azərbaycan şirkətləri bu tərəfdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynayırlar. “Akkord” şirkətinin bu layihəni qüsursuz və vaxtından əvvəl istifadə verməsi bunun əyani sübutudur.
Səfirliyin birinci katibi Sərxan İsmayılov Azərbaycan dövlətinin Gürcüstan ilə münasibətlərin daha da möhkəmlənməsinə və inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Azərbaycan şirkətlərinin də bu istiqamətdə çalışdıqlarını diqqətə çatdırıb.
Baş nazir Azərbaycan iş adamları və şirkətlərinin Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib, onların xarici ölkələrdəki nailiyyətlərini Azərbaycan dövlətinin xarici siyasətinin uğuru kimi dəyərləndirib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin və digər Azərbaycan şirkətlərinin Gürcüstanda daha böyük işlər görəcəyinə və uğur qazanacaqlarına əmin olduğunu vurğulayıb.
Azərtac
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 13 saat sonra
- 10 saat sonra
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
7 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
8 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş






















