Azərbaycanda neft və qaz hasilatına dair yeni məlumatlar açıqlandı
Energetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqladıEnergetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.
Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.
TƏBİİ QAZ HASİLATI ARTIB
2020-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz, yəni 2 mlrd. m3 artımla 16,4 mlrd.m3 qaz hasil edilib. Qaz hasilatının 5,4 mlrd. m3 -i AÇG-dən, 8 mlrd. m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 mlrd. m3 qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 5,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 mlrd. m3-dən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd.m3, BTC boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 mlrd.m3 qaz nəql olunub.
İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd. m3 qaz nəql edilib. İstismara veriləndən iyunun 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 mln. tondan çox neft (kondensatla birlikdə), 295,2 mlrd. m3 qaz hasil edilib. Bu yataqlardan 538,6 mln. ton neft (kondensatla birlikdə), 82,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.
2020-ci ilin 5 ayında 2,5 mln. ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,3 min ton az olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb



























