“SOCAR Polymer" post-neft iqtisadiyyatının sütunlarından biridir”
Neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyata keçid Azərbaycan üçün əsas prioritetlərdəndir. Bu istiqamətdə son bir neçə ildə müxtəlif layihələr reallaşdırılıb. Bu sırada "SOCAR Polymer"in Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarını qeyd etmək olar. Bu müəssisələrdə istehsal edilən məhsullar həm daxili tələbatı ödəyir, həm də ixrac olunur. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-may aylarında 31,9 milyon ABŞ dolları dəyərində 39,7 min ton polipropilen ixrac edilib. Eyni dövr ərzində Azərbaycan 38,3 milyon ABŞ dollarlıq 59,9 min ton ilkin formalarda polietilen ixrac edib.
Ötən ayda isə "SOCAR Polymer" şirkəti dünyada davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı polimer istehsalına başlayıb. İlkin olaraq 600 ton HB 2662 FS markalı homopolimer istehsal olunub. Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, birdəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə olunur.
"SOCAR Polymer" layihəsinin səmərəsini qiymətləndirən iqtisadçı-ekspert Amal Həsənli bildirib ki, bu, post-neft iqtisadiyyatının sütunlarından biridir.
Onun sözlərinə görə, dünya iqtisadiyyatının dərin böhran içində olduğu bir dönəmdə "SOCAR Polymer" ölkəmizi valyuta ilə təmin edərək, ehtiyyatlarımızın artmasına əhəmiyyətli töhfə verir: “Bildiyimiz kimi, dünya iqtisadiyyatında cərəyan edən böhranlı vəziyyət koronavirus pandemiyasına qarşı məhdudiyyətlərdən dolayı bir az daha dərinləşdi. Əsas ixrac xammalımız olan neft kəskin ucuzlaşdı və müvafiq olaraq onun ixracından əldə etdiyimiz gəlir əhəmiyyətli dərəcədə azaldı. Belə şəraitdə dayanıqlı inkişafın təmin olunmasında qeyri-neft iqtisadiyyatının üzərinə böyük yük düşdü. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) praqmatik və düzgün investisiya siyasəti nəticəsində zamanında qeyri-neft sektoruna qoyulan sərmayələr bu yükün altından çıxmağa imkan verdi”.
Ekspert diqqətə çatdırıb ki, maska istehsalı üçün aparıcı xammalın ölkə daxilində istehsalının təşkili fövqəladə əhəmiyyətə malikdir:
“Qlobal miqyasda pandemiya ilə mübarizədə istifadə olunan qoruyucu vasitələrə ehtiyac kəskin artıb. Bu da öz növbəsində həmin vasitələrin istehsalı üçün lazım olan xammala tələbatı artırıb. Nəticədə bir tərəfdən xammal qıtlığı yaranıb, digər tərəfdən isə qiymət artımı baş verib. Bir sıra ölkələr daxili tələbatı ödəmək üçün bu tip qoruyucu vasitələrin ixracına qadağa da qoyub. Belə bir şəraitdə Azərbaycanda qısa bir zamanda qoruyucu vasitələr üçün xammal istehsalının təşkili milli təhlükəsizlik məsələsi idi.
Ölkədə bunu edə biləcək müəssisənin varlığı bu gün Azərbaycanın pandemiyaya dirəniş göstərmək baxımından böyük töhfə oldu. Həmin xammala qlobal miqyasda da tələbatın artmasını nəzərə alsaq yaxın perspektivdə onun ixracından ölkə əhəmiyyətli valyuta gəlirləri əldə edəcək. Bu da nəticə etibarı ilə milli iqtisadiyyatın dayanıqlığını bir az daha artıracaq”.
Xatırladaq ki, aşağı sıxlıqlı polietilen SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda, yüksək sıxlıqlı polietilen “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir. Polipropilen isə 2018-ci il iyulunda istifadəyə verilən və illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 34 d. əvvəl
- 48 d. əvvəl
-
-
55 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib

























