Putin: Heç kim orada Türkiyə hərbçilərinin olduğunu bilmirdi - GÖRÜŞ BAŞLADI
"İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb".
Bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
“Son günlərdə İdlibdə bir sıra hadisələr baş verdi. Suriyada həyatını itirən hərbçilərinizə görə başsağlığı verirəm. Telefon danışığımızda ifadə etdiyim kimi heç kim orada Türkiyə hərbçilərinin olduğunu bilmirdi. Suriya hərbçiləri arasında da itki olub. Bu hadisələri təkrarlanmaması və hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələrə zərər verməmək üçün görüşməyimizə ehtiyac var. Bu məsələləri təkbətək müzakirəyə başlayaq. Daha sonra zalda olanlar da qoşula bilər”, - deyə Vladimir Putin bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab nitqində deyib: "Məlum bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyətinizə görə görüşü burada gerçəkləşdiririk. İdliblə bağlı müzakirələr səbəbi ilə bir araya gəlməyimizin əhəmiyyəti böyükdür. Bölgədə sıxıntı böyüyür. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəmini yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























