Prezident Administrasiyasında 22 mindən çox vətəndaş qəbul edilib
Ötən il ərzində Prezident Administrasiyasının Qəbul otağında ümumilikdə 22 mindən çox vətəndaş qəbul edilmişdir. Qəbul zamanı qaldırılan məsələlərlə bağlı müvafiq dövlət hakimiyyəti orqanları ilə əlaqə saxlanılaraq, onların həlli üçün lazımi tədbirlər görülmüşdür.
Marja-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.
Məqalədə bildirilir:
Aparılan təhlil göstərir ki, 2019-cu ildə vətəndaşların qəbul zamanı qaldırdıqları və həlli tələb olunan məsələlər daha çox hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, əhalinin sosial müdafiəsi, mənzillə və işlə təmin olunma, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə və sair mövzularda olmuşdur.
Keçən il Qəbul otağına edilmiş kollektiv müraciətlərin sayı Bakı şəhərinin rayonlarından, Gəncə, Yevlax, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Kəlbəcər, Neftçala, Sabirabad, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daha çox olmuşdur. Onların qaldırdıqları məsələlər əsasən hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, yaşayış binalarının təmiri, mənzillərin sənədləşdirilməsi, abadlıq-quruculuq işləri və digər məsələlər barəsində olmuşdur.
2019-cu ildə dövlət hakimiyyəti orqanlarında 1 milyondan çox vətəndaş qəbul edilmişdir. Onların 41 faizi yerli icra hakimiyyəti orqanlarında, 59 faizi isə mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda qəbul olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq bölgələrdə mütəmadi qəbullar keçirən mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların sayı ötən il bir qədər də artırılaraq 28-ə çatdırılmışdır. Bundan əlavə, 2019-cu ildən etibarən həmin təşkilatların rəhbərləri ilə yanaşı, onların müavinləri də qəbullar keçirməyə başlamışlar. Qeyd edilən vəzifəli şəxslər tərəfindən ötən il 59 şəhər və rayonda vətəndaş qəbulları keçirilmişdir.
2019-cu ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda Daxili İşlər Nazirliyi – 965, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 871, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 782, “Azərsu” ASC – 711, Kənd Təsərrüfatı Nazirliyi – 697, Ədliyyə Nazirliyi – 604, Ali Məhkəmə – 531, Təhsil Nazirliyi – 506, “Azərişıq” ASC – 490, Mədəniyyət Nazirliyi – 485, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – 475, “Azəriqaz” İB – 473, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi – 468, Baş Prokurorluq – 443, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 415, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 353, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 330, Fövqəladə Hallar Nazirliyi – 324, Dövlət Gömrük Komitəsi – 321, Gənclər və İdman Nazirliyi – 310, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – 308, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 307, İqtisadiyyat Nazirliyi – 292, Səhiyyə Nazirliyi – 279, Energetika Nazirliyi – 271, keçmiş Vergilər Nazirliyi– 249, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 239, Dövlət İmtahan Mərkəzi – 184 vətəndaşı qəbul etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























