Azərbaycanlı gənc “Rusiyanın ən zəngin varisi” oldu
Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Rusiyanın ən zəngin varisi" hesab olunur.
Dünyanın aparıcı maliyyə dərgilərinin reytinqində 25,3 milyard dollar sərvətə sahib olduğu bildirilən Vahid Ələkbərovun bütün mirasını yeganə oğluna ötürəcəyi vurğulanır.
2020-ci ilin yanvar ayı üçün Rusiyanın ən zəngin 3-cü şəxsi olan Vahid Ələkbərov çoxsaylı müsahibələrində özündən sonra bütün səhmlərinin oğluna çatacağını amma “Lukoyl” şirkətinin idaeədilməsi funksiyalarını itirəcəyini əlavə edib.
2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli “Lukavto” ASC-yə, “EKTO” şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan “Yusal” ASC-nin sahibidir.
Yusif Ələkbərov 1990-cı il iyunun 20-də anadan olub. 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına Neft və Qaz Universitetini bitirib
©Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























